Pazarlamasyo.com'un verdiyi məlumata görə Peugot Citroen markalarının sahibi PSA Group,2017-ci ilin mart ayında General Motors'un tərkibində olan avtomobil markası Opel'i almaq üçün 2,2 milyard avro təklif etmiş və iki şirkət Opel'in PSA Group'a satışı mövzusunda razılaşmışdılar. Və sonunda Avropa Birliyi Komissiyası Opel'in PSA Group tərəfindən alınmasını təsdiqlədiyini açıqladı.


Avropa Birliyi Komissiyası Opel'in PSA Group tərəfindən alınmasına istiqamətlənmiş araşdırma nəticəsində bu alışın avtomobil bazarındakı rəqabətə mənfi təsir etməyəcəyi qənaətinə gəlindiyini və satış əməliyyatını təsdiqləndiyini ifadə etdi.




Avropa Birliyin'ə bağlı ölkələrdə fəaliyyət göstərən şirkətlərin birləşməsinin bazarlara nə kimi təsirlərinin olacağını və bu şirkətlərin fəaliyyət göstərdikləri sahələrdə rəqabətə zidd bir vəziyyət olub-olmadığını araşdırmaq Avropa Birliyi Komissiyasının vəzifəsidir. Komissiya apardığı araşdırmaların nəticəsində rəqabətə zidd bir vəziyyət aşkar edərsə bu istiqamətdə tədbirlər ala və şirkət birləşmələrinə icazə verməyə bilər.


Avropa Birliyi'nin təsdiqindən sonra Opel ilə birlikdə Opel'in tərkibində olan və Birləşmiş Krallıq'da fəaliyyət göstərən Vauxhall markası da PSA Group'un tərkibinə girmiş oldu. Opel və Vauxhall'un Avropadakı müxtəlif ölkələrdə 10 istehsal müəssisəsi və təxminən 35.000 işçisi var.