Katolik kilsə lideri Papa Francescoya Vatikan bayrağı rənglərində xüsusi istehsal “Lamborghi”ni avtomobili hədiyyə edilib.



Facemark.az CNN-ə istinadən xəbər verir ki, amma Papa bu lüks idman avtomobilindən istifadə etməyəcək.



Xüsusi istehsal olan “Lamborghini Huracan” model avtomobil auksionda satılacaq və ondan əldə edilən gəlir xeyriyyə məqsədlərinə xərclənəcək.





Çərşənbə axşamı Papa Francesconun yaşadığı Vatikandakı Santa Marta Qonaq Evinin qarşısında təşkil edilən mərasimdə İtalyan lüks avtomobil istehsalçısı Lamborghininin idarəçiləri avtomobili Papaya təhvil verib.



Papa Francesco mərasimdə avtomobilin kaputunu imzalayıb.



Qeyd edək ki, bu avtomobilin İtaliyada bazar qiyməti 200 min avrodur, amma güman olunur ki, Papanın imzasını daşıyan avtomobil daha baha qiymətə satılacaq. Həmin vəsait Papanın şəxsən seçdiyi xeyriyyə qurumlarına bağışlanacaq.