ABŞ-ın tanınmış qəhvə mağazaları şəbəkəsi “Starbucks” məşhur film qəhrəmanı “Harry Potter” konseptli iki içki bazara təqdim edib.


Facemark.az xəbər verir ki, markanın təqdim etdiyi yeni məhsullar arasında “butterbeer latte” ve “butterbeer frappucino” yer alır.


Maraqlısı budur ki, bu içkiləri bütün müştərilər sifariş edə bilməyəcək.


Belə ki, yalnız adıçəkilən yeni dadların tərkibini əzbərdə bilənlərə bu qəhvənin dadına baxmasına icazə veriləcək.


Düşünürük ki, bu da yeni dadların “Harry Potter” konseptli olmasından irəli gəlir. Çox maraqlı detaldır.