Uşaqlıqdan başlayaraq hər gün davam etməkdə olan mənfi təlqinlər özümüzlə, edə biləcəklərimizlə bağlı əsassız şübhələrlə yaşamağımıza səbəb olur. Bu təlqinlər gerçək olmamaqla yanaşı, bir çox istiqamətlərdən gələ bilir.


Dostlar bəzən özümüzə olan inamın zəifləməsinə səbə olurlar. Əldə etmək, olmaq istədiyin hər hansı bir hədəf haqqında dostlarla danışanda, əgər onlar həyatlarında bu günə kimi böyük uğurlara imza atmayıblarsa əlbəttə ki, sənə bunun mümkünsüzlüyünü deyəcəklər, hətta bununla kifayətlənməyib nəyə görə mümkün olmadığına dair müxtəlif səbəblər də sayacaqlar. Üstəlik sənə güləcəklər. Bu cür dostların varsa artıq başqa əngələ ehtiyac yoxdur. Onların sözləri, fikirləri sənin özün haqda şübhəyə düşmənə, inamını itirmənə səbəb olacaq kifayət qədər mənfi fikirlərlə zehnininin boğuşmasına gətirib çıxaracaq. Elə bu an şübhələrin ilk toxumlarını bəsləməyə başlayacaqsan ki, bir dəfə bu cür bir şeyin düzgün olma ehtimalını düşünməyin bunun davamlı olaraq sənin zehnini məşğul edəcəyi deməkdir. Əgər deyilənlərə qulaq asmayıb yenə də əldə etmək istədiyin hədəfin üçün çalışmağa davam etsən və nə vaxtsa, nə isə alınmasa, çətinliklə üzləşsən və ya qısamüddətli uğursuzluqlarla üzləşsən o anda həmin şübhələr bu fürsətdən istifadə edib elə o an zehninin qapısını döyməyə başlayacaq və sən məmnuniyyətlə onları qəbul edəcəksən. Nəticə uğursuz alınacaq. Sənin bu uğursuzluğun “dostlarını” cox sevindirəcək. Özləri önəmli nailiyyətlərə imza atmamış insanlar başqalarının böyük uğurlar qazanmasını, onların imkansız dediklərini bacarmalarını istər-istəməz qısqanırlar.


Bu vəziyyətdə edilməsi lazım olan, çətinlikləri və müvəqqəti məğlubiyyəti qəbul etməyib, hədəfinə çatmağa mane olan nə varsa, onun həlli və istədiyinə çatmaq üçün nələr etmək və ya daha nələri etməmək lazımdır, oturub onları təyin etmək və şikayətlərə, dostların mənasız sözlərinə qulaq asmağa vaxt ayırmaqdansa, bu dəyərli vaxtı bunların üzərində işləməyə ayırmaq və nəticə əldə olunana qədər vaz keçməməkdir. Belə bir vəziyyətdə olub daha sonra vaz keçməyib sona qədər çalışıb işi nəticələndirdikdən sonra özünə inamın gecləndiyini və o andan sonra o cür sözlərə gülərək reaksiya verəcəyini görəcəksən.


Yeni bir şeyi: indiyə kimi olmayan bi şeyi əldə etmək üçün yeni qabiliyyətlərə, bacarıqlara yiyələnmək tələb olunur. Bu da bizim yaşamağa adət etdiyimiz “konfort sahəsi” ni tərk etməyimizi, yəni yeni məşğuliyyətlər, insanlar, qrumlarla məşğul\tanış olmağımızı tələb edir. İnsanın psixoloji olaraq konfort sahəsini tərk etməsi onun üçün o konfort sahəsini tərk etmək xeyirli olsa belə çətin gəlir. Çünki illər boyu əldə edilmiş vərdişlərlə yaşamaq çox asandır, nəinki yenilik etmək və o cür davam etmək. Yenilik, dəyişiklik adətən cətin, acılı görünür, amma bir şey var ki, həmişə eyni şeyləri edib fərqli nəticə gözləmək Eynşteynin dediyi kimi “axmaqlıqdır”.


Dəyişimə qarşı olan qorxularımız bizim edə biləcəklərimizə dair olan inamımızı zədələyir. Amma qorxudan nə qədər qaçsan, sənin gözündə bir o qədər böyüyəcək və bir yerdən sonra artıq ona qarşı gələ bilməyəcəyini düşünüb məğlubiyyəti qəbul edəcəksən. Bir dəfə məğlubiyyəti qəbul etməyin o andan sonrakı həyatında hər hansı önəmli işlərdə də bunu referans olaraq xatırlayacağın deməkdir, Bu da zehnində daim var olacaq bir şübhənin toxumlarını əkməyin və artıq ətrafdakılar bir tərəfə, öz zehnindəki təkcə bu şübhənin sənin performansın üzərində sonu gəlməz öldürücü bir təsirinin olmasına icazə vermək deməkdir. Daim xatırlanması lazım olan bir şey var, o da heç bir məğlubiyyətin və uğurun davamlı var olmayacağıdır. Hər şeyin son istifadə tarixi var. Bunun üçün də uğursuzluq deyə bir şey yoxdur əslində. O HALDA Kİ, SƏN UĞURSUZLUĞUNUN SƏBƏBLƏRİNİ ÖYRƏNİR VƏ BİR DAHA ONLARI TƏKRAR ETMİRSƏN, BU SƏNİN ÜÇÜN UĞURSUZLUQ YOX, ÇOX ƏHƏMİYYƏTLİ BİR İBRƏT DƏRSİ OLUR. Və bunun üçün üzülmək, gileylənmək yox, sadəcə dərs alıb, səhvlərini görüb, bir daha bunlara yol verməməklə yoluna daha düzgün bir şəkildə davam etmək lazımdır. Əgər seçdiyin hədəf böyük və önəmli bir şeydirsə sən o hədəfə gedən yolda heç düşünmədiyin problemlər, krizlər, çətinliklərlə üzləşəcəksən. İlk cəhdində bunları həll edə bilməməyin özünə olan inamını zəiflədəcək amma heç vaxt ilk cəhdlə uğur qazanılmır, uğur ancaq sonuncu cəhddə qazanılır. Yəni fərqi yoxdu neçə dəfə məğlubiyyət, uğursuzluq, cətinlik olursa-olsun, sən bunlara və deyilənlərə baxmayaraq hər yıxıldığında yenidən ayağa qalxıb yoluna davam edəcəksən və bu proses hər arzuolunmaz nəticədən sonra davam edəcək. Ta ki, sən istədiyini əldə edənə kimi. Bu da sənin sonuncu cəhdin olacaq ki, uğur da sonuncu cəhdlə əldə edilir.