“Space X” kosmik şirkəti, “Tesla” elektrik mühərrikli avtomobillərin yaradıcısı olan İlon Mask TED konfransında çıxışı zamanı hər kəsə lazım olacaq məsləhətlərini bölüşüb.


Həmişə qabağa gedin!


TED konfransında çıxışı zamanı İ.Mask kosmik tədqiqatlar məsələsinə toxunub, deyib ki, o, vaxt və sərmayəsinin çoxunu “Space X”ə investisiya edib: “Çoxları fikirləşirdi ki, “Space X” sadəcə mənim əyləncələrimdən biridir”.


“İnsanlar texnologiyanın avtomotik təkmilləşdiyini düşünəndə səhv edirlər. Bu belə deyil. Texnologiya o vaxt təkmilləşir ki, insanlar onu daha yaxşı etmək üçün çalışır. Mən belə düşünürəm ki, əgər belə olmasa idi, texnoloji inkişafda çöküş müşahidə edilərdi.


Qədim svilzasiyalara nəzər salın. Məsələn, misirlilər Pramidanı yaratdılar, amma sonra onu necə yaratdıqlarını unutdular. Romalılar mükəmməl su boru sistemləri yaratdılar, amma sonra onu necə etdiklərini yaddan çıxartdılar”.


Onun bu fikirlərini yalnız bir-iki cümlə ilə belə ifadə etmək olar. Qabağa gedə bilmirsinizsə, geridə qalmısınız. Deməli qabağa hərəkət etmək lazımdır.


Həyatda nə üçün mübarizə aparmağınızın, hansı sahədə olmağınızdan asılı olmayaraq uğura aparan ən önəmli faktor əlbəttə ki, daim qabağa getməkdir. Əlbəttə, bu həyatda heç vaxt büdrəməyəcəyiniz, yaxud da uğursuzluqla qarşılaşmayacağınız mənasına gəlmir. Kimsə uğursuzluqdan sığorta olunmayıb. Amma uğursuzluqlar insana əlavə təcrübə qazandırır. Siz yenidən və yenidən öyrənməli olursunuz. Bu günə qədər nə etmisiniz, nələr əldə etmək niyyətindəsiniz düşünsəniz, motivasiyanız da artacaq.


İrəli getmək üçün sizə lazım olan düşüncə tərzini formalaşdırmağa görə Sizə lazımdır:


- Xətalarınız üzərində ilişib qalmayın. Səhvlərinizdən dərs əldə edin və daha da irəli getmək haqqında düşünün;


- Yeni bir uğur əldə etdikdən sonra, qarşısınız növbəti hədəflər qoyun. Diqqət edin ki, həmin hədəflər çətin, amma əldə edilə bilən olsun;


- Fikirləşməyin ki, Siz artıq hər şeyi bilirsiniz. Daim öyrənin və inkişafınız haqda düşünün;


- Heç vaxt imtina etməyin. Heç vaxt!


Unutmayın ki, uğur üçün qısa vaxt deyə anlayış yoxdur. Uğur əlinizi yanınıza salıb, dayanmaq istədikdə, təkrar və təkrar geri qayıdıb, problemi həll etmək deməkdir.