Dünyanın ən məşhur markalarından biri olan “Pepsi” 90-cı illərin əvvəllərində bazara qazlı içki “Crystal Pepsi” adlı məhsulunu təqdim edib.
Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, “Crystal Pepsi”nin dadı normal Cola ilə demək olar ki, eyni, rəngsiz və qazlı içki olub.
“Crystal Pepsi” nəzəriyyədə yaxşı, amma təcrübədə isə mənfi qarşılanıb. Səbəb isə o dövrdə insanlarda “limonsuz içkilər sağlam deyil! fikrinin yaranması olub.
Daha sonra “Pepsi” məhsulun tərkibinə istehlakçıların da istədikləri kimi limon qatqısı əlavə edib. Düzdür, “Pepsi”nin satışları artır, amma dərhal sonra şirkət üçün daha bir problem yaranmış olur. “Pepsi” şirkətinin rəhbərliyi başa düşür ki, dadı yenilənən “Crystal Pepsi” markanın “7 Up” adlı məhsulunun bazar payından oğurlayırdı.
“Pepsi”nin sonuncu uğursuz həmləsindən sonra, şirkət məhsulu 1993-cü ildə tamamilə bazardan çıxardır.
Əlbəttə, “Pepsi”nin bu uğursuzluğunu görən rəqibi “Coca-Cola” şirkəti 1992-ci ilin sonunda bazara “Tab Clear” adlı məhsulunu təqdim edir. Ancaq məhsulun dadı pis idi. “Coca-Cola” şirkətinin məqsədi “Pepsi”yə rəqib olmaq deyil, markanı bazardan sıxışdırıb çıxartmaq idi. Amma tarixdə də görüldüyü kimi hər iki marka da uğursuzluqla qarşılaşdı.
Qeyd edək ki, “Pepsi”nin adıçəkilən məhsulu ilk olaraq Avropada, 1992-ci ildə isə ABŞ və Kanada da satışa çıxarılıb. “Crystal Pepsi” satışda olduğu iki il ərzində 474 milyon dollar dəyərində məhsul satıb. Bu da ABŞ-ın o dövrki alkoqolsuz içki bazarının cəmi 1%-i demək idi.
“Pepsi”nin nümunəsində tarix göstərdi ki, hər nə qədər böyük şirkət olursunuzsa olun bazara yeni məhsul təqdim etmək böyük risk daşıyır. Məhsulu bazara təqdim etməmişdən öncə, Siz dərin bazar araşdırması apara bilərsiniz, amma işlər planlaşdırılan kimi də yolunda getməyə bilər. Şirkətlər bu uğursuzluğa da hazır olmalıdırlar.