Volkswagen yarışlar keçirmək və bu yarışlarda iştirak etməyi sevir. Təəccüblü deyil ki, avtomobil brendi “sürətə qarşı sürət” sloqanı ilə reklam çarxları seriyasını buraxır.


Reklam kampaniyası Google Chrome –nin reklam konsepsiyası ilə çox oxşardır. Ancaq brend sürəti canlı insanların fəaliyyət sürətindən fərqlənir.


Deutsch Los Angeles tərəfindən hazırlanmış dörd ədəd reklam çarxında Volkswagen Jetta GLI – ni YouTube sosial şəbəkəsində “ən sürətli” insanlarla müqayisə edərək ən sürətli avtomobil adlandırır.


Volkswagen – nin çox güclü şəkildə yığışıblar. Entony Bruks bir əli ilə ən sürətli şəkildə Kubik – Rubik yığa bilir. Con Teylor dünyada ən cəld şəkildə gitara çalandır. J – Flo ən sürətli beat boxer –dir. Fren Kapo ən sürətli şəkildə ucadan oxumaq qabiliyyətinə malikdir.


Bu insanların hər biri Erik Norris tərəfindən idarə olunan Jetta GLİ ilə yarışır və süjetə görə YouTube ulduzları bu yarışda uduzurlar.