“Uber” sürücüsüz nəqliyyat vasitəsini inkişaf etdirmək üçün “Toyota” ilə əməkdaşlığa başladıqlarını açıqlayıb.
Facemark.az xəbər verir ki, “Uber”in CEO-su Dara Hüsrevşahi mövzu ilə əlaqədar “Twitter” hesabı üzərindən “Toyota Motor” İdarə Heyətinin başçısı Akido Toyoda ilə görüşdüklərini yazıb.
Hüsrevşahi, çərşənbə axşamı investorlara etdiyi açıqlamada, “Toyota ilə sürücüsüz nəqliyyat sahəsində əməkdaşlığın başlanğıc mərhələsində olduğunu ifadə edib və bunları əlavə edib: “Öncə əmin olmalıyıq ki, sürücüsüz nəqliyat texnologiyasına sahibik. Bunun üçün isə düzgün zamanı müəyən etmək önəmlidir. Sürücüsüz nəqliyyat texnologiyasını inkişaf etdirə biləcəyimizə inanırıq. Üstəgəl, bu sektorda çalışan digər portnyorlar ilə də görüşməliyik”.
“Toyota”nın “Uber” investisiyası ve “Toyota e-Palette”
“Toyota” və “Uber” daha öncə də sürücüsüz nəqliyyat ilə bağlı əməkdşalıq etdiklərini açıqlamış, amma buna dair detallar verməmişdilər. “Toyota”nın “Uber”dən 2016-cı ildə səhm aldığını da qeyd etmək lazımdır. “Toyota”nın bu investisiya üçün nə qədər ödədiyi isə bilinmir.
“Toyota”nın keçən ay Las Veqas da təşkil eidlən istehlakçı elektronika sərgisi CES2018-də tanıtdığı “e-Palette” adlı sürücüsüz nəqliyyat vasitəsindən də bəhs etməkdə fayda var. “Toyota e-Palette”in xüsusilə təslimatlarda istifadə edilməsi planlaşdırılır və 2020-ci ildə həyata keçəcək “Toyota Olimpiya”dalarında test edilməsi gündəmdədir.