Facemark.az Milli Marketinq Forumu (MMF2018) çərçivəsində network marketinqdə 6 min manat itirən, gənc sahibkar, “Panda School” şirkətinin rəhbəri “Elvin Dadaşsoy” ilə network marketinqin bazarda rolu, rəhbəri olduğu şirkətin yenilikləri barəsində söhbətləşib.
- Elvin bəy, sanki bu gün yeli bazarda network marketinqə dair negativ fikirlər dolaşır. Gənclərin əksər qismi axın olaraq bu istiqamətdə sərmayə qoyur və nəticədə isə təəssüf ki, göz qabağındadır. Sərmayə batır!. Network marketinqdə iddialı olan gənclərə nəyi tövsiyə etmək istərdiniz?
Network marketinq (yeni satış üsulu-red.) əslində gələcəyin bizneslərindən biridir. Doğru zamanda meydana gələn biznesdir. Mahiyyət etibarı ilə də çox sadədir. Belə ki, məhsul topdan, pərakəndə şəkildə deyil, birbaşa istehsalçıdan istehlakçıya, topdansatışa qoyulan sərmayə birbaşa olaraq onu reklam edən şəxslərin özünə çatır.
Təsəvvür edin ki, siz pul ödədiyiniz zaman belə onsuz da məhsul alırsınız. Sadəcə gəlirin bir hissəsi şirkəti reklam edən şəxsin özünə gedir. Şərq ölkələrində yaşayan insanlar digər ölkələrdə yaşayan vətəndaşlar ilə müqayisədə daha emosional olurlar. Nəticədə isə bəzi şəxslər network marketinq insanların inamından sui-istifadə edirlər. Emosional qırığlığı isə network marketinqlə əlaqələndirirlər.
Bu da biznesin insanlara yanlış olduğunu aşılayır. Biznes yanlış deyil, çatdırılma üsulları yanlışdır. Network marketinq ola bilsin gəlir verməsin, amma çox yaxşı təcrübə verə bilər. Dəyərləndirmək lazımdır. Bu ola da bilər, olmayada bilər.
- “Panda School” ilə “Edupol Öğretim Kurum”ları MMC arasında 3 illik müqavilə imzalanmışdı. Hal-hazırda mərkəzinizdə bunun kimi proqramlarla bağlı hansı yeniliklər var?
Qoyulan qiymətlər Sumqayıt bazarına uyğun olmadığı üçün “Edupol Öğretim Kurum”ları ilə müqaviləni dayandırdıq. Biz israrala tələb edirdik ki, məhsulun qiymətini aşağı salmaqla, onu daha çox sataq. Sizə də çox verək. Razılıq olmadığı üçün biz başqa bir şirkətlə əməkdaşlığa başlamışıq.
Hazırda rus dili bağlı “Red kalinka” proqramı alınıb və onun kitabları çapa gedərək, bütün filiallarımızda keçilir. Erkən İnkşaf proqramı ilə bağlı bəzi proqramlar alınıb və 0-dan yığılır. Məktəbəqədər təhsil üçün 2 il öncə 0-dan proqramını yığdıq. Yavaş-yavaş təkmilləşirik...
Son olaraq “Panda School”un digər təhsil mərkəzlərindən fərqi nədir?
- Öncə kollektivin dəyərlərinin üstün olmasıdır. Bizdə elə bir aura var ki, ora gələn müştəri də sanki özünü orda doğma hiss edir. Seçilən kadrlar da çox enerjili, pozitiv və savadlıdırlar. Düzgün kadrlar seçirik, düzgün aura yaradırıq və insanlara güvənirik. İlk növbədə idarəetmənin təkmilləşməsi, yeni proqramların alınması, doğru kadrların seçilməsi “Panda School”u önə çıxardır. Kadrların təkmilləşməsi üçün ildə ən azı 2 dəfə 5 günlük təlimlər keçiririk. Yeniliklər tətbiq edən şirkət ilə yenilik olmayan şirkət arasında istənilən halda fərqlər olacaq...