Şərq eqzotikasına müraciət davam edir. İndi reklamlar şərq və qərbin mədəni ənənələrinə uyğun olaraq çəkilir.
Məsələn, Herbal Essences-in yeni reklamlarında biz Nikol Şerzinqeri valehedici şahzadə obrazında görürük.
Müğənni bu brendlə birinci dəfə deyil ki, əməkdaşlıq edir. Yeni reklamda qızılı bəzək əşyaları və qızılı rəngli geyimdən istifadə edilib.
Görünür ki, reklam şampun satışını artırıb.
Bu yaxınlarda məlum oldu ki, Nikol yenidən X-Factor şousu ilə işləyəcək. Artıq müqavilə imzalanıb. Şerzinqerə televiziya və reklam dünyasında çox ehtiyac duyulur. Ulduz bütün dünyanı gəzərək “people in black-3” şəklini təqdim etmişdir. Nikolun cazibədarlığını ilk olaraq onun müsahibə verdiyi Maxim jurnalı sezmişdir. Həmin vaxt o, deyirdi ki, özünü ulduz kimi hiss etmir: “Mən cənubdan olan sadə bir qızam.”