“Mandıra Filozofu” Müfit Can Saçıntının martın 6-da Facemark.az onlayn marketinq portalının təşkilatçılığı, “Fil Agency”nin tərəfdaşlığı ilə Bakıdakı çıxışı baş tutub.
Türkiyənin məşhur rejissoru, ssenaristi martın 6-da “Pullman Baku” otelində “Mutluluk nedir” mövzusunda auditoriyaya danışıb.
Paytaxtda baş tutan çıxışından sonra, Facemark.az-a danışan Müfit Can hamının çox yaxşı bildiyi o sözü deyib: “Hər şeyə karşıyım, Baküyə karşı değilim. Bakıda üç ildir etdiyim şounu Türkiyədə onlarla dəfə, Avropada isə 60 ayrı şəhərdə həyata keçirmişik. Deyə bilərəm ki, Bakıda ən çoşğulu şoularımdan birini yaşadım. Ona görə də, “Baküye karşı değilim”.
Müfit Can deyib ki, halbuki Azərbaycana gələn zaman qayğılarım var idi: “Qayğılarımdan birincisi bu idi ki, görəsən məni tanıyacaqlar? Sağ olsunlar pasport idarəsində belə tanıdılar. Bakıya foto çəkdirə-çəkdirə gəldik”.
Məşhur ssenarist əlavə edib ki, auditoriyanın marağı yüksək olub: “İkinci belə qayğım konfrans zalının dolub-dolmaması ilə bağı idi. Düşünürdüm ki, görəsən azərbaycanlı auditoriya məni tanıyacaq. Hətta iş o yerə çatdı ki, 500 nəfərlik zalı 600 nəfərlə doldurduq”.
O, bildirib ki, biz eyni dildə danışsaq da, fərqli kəlimələrimiz var. Ona görə, bu düşüncədə idim ki, izləyici ola bilsin mənim dediklərimi anlamasın. Amma izləyici mənimlə türk dilində danışdığını görəndə, həm təəccübləndim, həm də sevindim”. Saçıntı əminliklə deyib ki, konfrans başa çatanadək auditoriyanı güldürdük.
Azərbaycanlı dostlarım mənə əvvəlcədən xəbərdarlıq etmişdilər ki, burda izləyicilərin çox da alqışlamaq ənənəsi yoxdur. Alqış eşitməsəniz pis olmayın. Amma dost ölkə Azərbaycanda fərqli hal ilə qarşılaşdım. Belə ki, konfrans başlayandan bitənədək gur alqış eşitdik”.
O, gülərək əlavə edib ki, auditoriyanın alqışından demək olar ki, heç danışa da bilmədik. İzləyicilər həmin anda məni təəccübləndirdi. Bu səbəbdən icazə verirsinizsə, həm izləyicilərimizi, həm mənə spikerliyi təklif edən “Facemark”.az-ı, “Fil Agency”ni alqışlayıram. Bütün Azərbaycanı, Bakını alqışlayıram”.
Qeyd edək ki, martın 6-da həm də “Fil Agency”i 2 yaşını qeyd edib. Konfransı agentliyin rəhbəri Aysel Cəbrayılova açıb və onun yaranmasından danışıb.
“Pullman Baku” oteldə baş tutan konfrans zalında 600-dən çox izləyici olub. Onlar müxtəlif sosial platformalar üzərindən məşhur ssenaristin çıxışı zamanı dediklərindən sitatları, eləcə də agentliyi təbrik ilə bağlı postlar paylaşıblar.
Xatırlatmaq yerinə düşər ki, 2014-cü ildə Türkiyədə Müfit Can Saçıntının rejissorluğu ilə “Mandıra Filozofu” komediya filmi ərsəyə gətirilib. Bu, film ona əlavə məşhurluq gətirib. Filmdə pula qarşı olan, Mustafa Ali obrazını Müfit Can canlandırır. O, Çökürtme kəndində şəhər həyatından uzaq yaşayır.
Baş qəhrəman yaşamaq üçün təbiətin verdiyi imkanların kifayət etdiyi fəlsəfəsinə inanır. Bir gün İstanbulda yaşayan varlı iş adamı Cavitin Mustafa Alinin ərazisini alaraq otel etmək təşəbbüsü onun həyatını alt-üst edir.