Yapon alimləri insanı susmağa məcbur edən SpeechJammer adlı əl tapançasının hazırlanması ideyasını irəli sürüblər. Bildirilir ki, insandan 30 metr məsafədə yerləşən silah danışan şəxsin “səsini batırmaq” qabiliyyətinə malikdir. Sistemin iş prinsipi mikrofonun köməyilə nitqin yazılması və onun 0,2 saniyə ləngimə ilə təkrar olunmasına əsaslanır. İxtiraçılar əmindirlər ki, bu üsulla çaşdırılan insan məntiqli cümlələr qurmaq qabiliyyətindən məhrum olaraq susacaq. İnsan danışdığı zaman instinktiv olaraq öz səsinə qulaq asacaq və dediklərini nəzarətdə saxlayacaq.
Yapon tədqiqatçıları bildiriblər ki, onların “nitq etiketi üçün təlim instrumenti” kimi hazırladığı SpeechJammer öz növbəsində danışmayan və ya uzun müddət danışan insanlar üçün nəzərdə tutulub. Bundan başqa, sistemi uca danışmağın qadağan olunduğu kitabxana, muzey və başqa yerlərdə də quraşdırmaq mümkündür.