Samsung şirkətinin istehsalı olan yeni Galaxy S III smartfonunun satışının başlanmasından 2 aydan az müddətə satılan qurğuların həcmi 10 milyon ədədi üstələyib.
Hazıda, gündəlik təxminən 190 min Galaxy S III tədarük edilir, bu isə Galaxy S II modelinin satış tempini üstələyir.
Qeyd edək ki, satış məntəqələrinə göndərilən Samsung Galaxy S aparatları 10 milyonluq həddi 7 ay ərzində keçib. Samsung Galaxy S II smartfonuna bunun üçün 5 ay vaxt lazım olub. 
3-cü model Galaxy S-in satışa çıxarılması Koreya şirkəti üçün ən miqyaslı hesab edilir. Avropa satışlarına mayın 29-da başlayan istehsalçı aparatı 145 ölkəyə çıxarmağı planlaşdırır.
Samsung Galaxy S III 4,8 düymlü 1280x720 pikselli Super AMOLED ekranla təchiz edilib. Aparat 16, 32 yaxud 64 giqabayt daxili yaddaşla tədarük edilir. 
Cihazın korpusunun qalınlığı 8,6 millimetr, çəkisi133 qram təşkil edir. Qurğuda 1,4 giqahers tezlikli dördnüvəli Exynos 4 Quad prosessorundan istifadə olunur.  Aparat Android 4.0 əməliyyat sisteminin idarəetməsi ilə işləyir.