Amerikanın keçmiş prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel “Spotify” platforması üçün podkast seriyası hazırlayacaq.


Facemark.az-ın xəbərinə görə, bu haqda BBC nəşri yazıb.


Sabiq birinci ledi deyib ki, layihə tez-tez iqnor olunan və ümumiyətlə susmağa məcbur edilən səsləri gücləndirəcək.


Tərəflər arasında razılıq Amerikanın keçmiş prezidentinin prodakşn şirkəti “Higher Ground” ilə audio axın xidməti arasında əldə olunub. Keçmiş prezident ailəsi prodakşı şirkətininin əsasını 2018-ci ildə qurublar. Podkast geniş auditoriyanı maarifləndirici məzmun ilə əhatə edəcək.


“Spotify”ın nümayəndəsi isə BBC-yə deyib ki, “dünyanın iki ən vacib səsi” ilə işləmək bu ən böyük imtiyazdır.


Qeyd etmək yerinə düşər ki, bu gün “Spotify” dünyada ən böyük musiqi axın xidmətidir. Onun aylıq auditoriyası 217 milyon aktiv istifadəçidən ibarətdir.


Daha əvvəlki xəbərdə isə deyilirdi ki, “Spotify” Rusiya bazarına daxil olmağa hazırlaşır. Platforma bu ilin yayında Rusiyada əlçatan ola bilər.