Fransa tədqiqatçıları maraqlı bir eksperiment aparmaqla insan-kompyuter qarşılıqlı təsiri tarixində yeni səhifə açmışlar. Belə ki, robot insanın əlini nəzarətə götürərək onu elektrik impulslarının köməyilə müəyyən bir şəkildə hərəkət etdirmişdir.
Sınağın nümayişi intellektual robotlar və sistemlər üzrə İEEE (İnstitute of Electrical and Electronics Engineers) Beynəlxalq konfransı zamanı həyata keçirilmişdir. Tədqiqatçılar hərəkətlərin qeyri-ixtiyariliyini daha da artırmaq məqsədilə könüllünün gözlərini bağlamış və 4 elektrod plastırlarını onun əlinə bərkitmişlər. Nəticədə insan əllərini düz səth üzərindəki topa toxundurmuşdur.
Eksperiment zamanı Fujitsu HOAP-3 robotundan istifadə olunmuşdur. Əzələlərin fəaliyyətini stimullaşdıran elektrik impulslarının köməyilə, robot insanı əlini qaldırmağa və barmaqlarını aralayaraq basketbol topunu kiçik səbətə atmağa vadar etmişdir. İdeya müəllifləri bildirmişlər ki, onların tədqiqatlarının əsas məqsədi yuxarı və aşağı ətrafların (əl və ayaq) hərəkətliliyini qismən itirmiş xəstələrin reabilitasiyasına kömək edə biləcək robot hazırlamaqdır.