İş dünyasında hər kəsi maraqlandıran suallardan biri də budur ki, “İclaslar niyə bu qədər yorucudur? Və niyə bu qədər uzun davam edir?”


Seth Godine görə, sadəcə 3 tip iclas var:


Bilgi: İştirakçıların yeni nəsə haqqında məlumatlandırıldığı iclaslardır. (İnsanlar bəyənsə də bəyənməsə də edilir)


Müzakirə: Geridönüş almaq və istiqamətləndirmək məqsədilə edilən iclaslardır.


İcazə: Bir tərəfin digər tərəfə onun qəbul etməsi ümidi ilə nəsə təklif etməsidir. (Hər nə qədər o anki enerji xeyr deyilməsinə fokuslanıb)


İclasların əsəbləri tarıma çəkməsinin səbəbi çox vaxt bu üç formanı bir-birinə qarışdırmaq olur. Bunun qarşısını almaq üçün dörd tövsiyə:


15 dəqiqə qaydası:


Bir iclası nə qədər vaxt xərcləyərsəniz, o vaxt uzun davam edər. Buna görə də iclas başlamamışdan onu zamanla məhdudlaşdırmaq lazımdır. Bununla yanaşı, bir insanın təxmini fokuslanmaq müddəti 10-18 dəqiqə arasındadır. İdeal olan bir saat istifadə olunmasıdır. Saat çalarsa iclas başa çatmışdır, dərhal!.


Sual qaydası:


İclaslarda soruşa biləcəyiniz üç növ sual növü var. Birincisi mövzu ilə bağlı suallar, ikincisi vaxt qazandıracaq suallar (məsələn, hər kəsin hər şeyi anladığından və ya eyni nəsə haqqında danışdığından əmin olmaq üçün verilən suallar) Və ya üçüncüsü başqa birinin pozisiyasını sorğ-sual etmək üçün verilən suallar. Hər üç sual tipi məntiqlidir, ancaq qarışdırılmamalıdır. Öncə problemlər, vaxt qazandıran suallar, daha sonra müzakirələr olmalıdır.


Ayaqda dayanmaq qaydası


Bir çox şirkətlərdə iclaslar daha tez qərar qəbul edilməsinə kömək olduğu üçün ayaqda edilir. Vaşinqton Universitetinin araşdırmasına görə, insanlar ayaqda olan zaman daha tez reaksiya verirlər, oturan zaman isə daha şübhəçi olurlar. Qısası, oturan zaman qərarların alınmasının uzandığını bildiriblər.


Ağıllı telefon qaydası


İclas əsnasında ağıllı telefonlardan istifadə olunmamalıdır, qeydlər isə əl yazısı ilə yazılmalıdır. Ağ Saray belə bu qaydanı Barak Obamanın prezidentliyi dövründə tətbiq etmişdi.


Qeyd: Ailənizlə görüş edəcəksəniz belə, yaxşı olar ki, Wi-Fi-ı bağlayın.


Məqalə, Mikael Krogerus və Roman Tschappelerin Doğru kommunikası üçün 44 ideya kitabıdan alınıb.


“Oxumağa Nə Var” layihəsi üçün bu kitab Türkiyədən Azərbaycana gətirilib. Qiyməti 8 AZN-dır. Kitabı oxumaq istəyənlər “Oxumağa Nə Var”ın “Facebook” səhifəsi üzərindən əlaqə qura bilərlər.


Əlaqə:


(+994 51) 295 46 77


Əhməd Rəcəbli 156


oxumaganevar