“General Motors” şirkəti və “NASA” agentliyinin mühəndislərinin birgə hazırladıqları əlcək əl barmaqlarının bükülüb-açılmasını asanlaşdırır. K-glove adlı yeni əlcək biləyin həddindən artıq yorulması nəticəsində əmələ gələn iltihabın – “tunel sindromu”nun qarşısını alır. Kiber əlcək xətlərin quraşdırılması ilə məşğul olan fəhlələr, kosmonavtlar, həmçinin tez-tez ağır alətlərdən istifadə edən insanlar üçün nəzərdə tutulub. Mühəndislər bildiriblər ki, aləti tutub saxlamaq üçün işçiyə 7-10 kq güc sərf etmək lazım olursa, K-glove əlcəyi bu ağırlığı 2-3 dəfəyə qədər azaldacaq.