Azərbaycan marketinq sahəsində fəaliyyət göstərən “Endorphin” reklam agentliyi beynəlxalq “Red Jolbors” festivalında 4 mükafat birdən qazanıb.
Facemark.az-a verilən məlumata görə, “Red Jolbors” Mərkəzi Asiyada keçirilən kommunikasiya festivalıdır ki, bu ilki tədbir Qazaxıstanın Almatı şəhərində keçirilib.
Sahəsinin peşəkarları və entuziastları, həm işlərini təqdim edir, həm də müxtəlif kateqoriyalar üzrə bölgənin ən seçilən işlərini dəyərləndirirlər. “Kampaniyalar”, “Digital”, “PR”, “Brendinq”, “Marketinq proyektləri”, “Konsept” və başqa kateqoriyalarda il ərzində yaddaqalan reklam işlərini mükafatlandırırlar.
“Endorphin” reklam agentliyinin “İtirdiyimiz Qızlar” və “Dünya Sağlığına Günü” kampaniyaları müxtəlif kateqoriyalarda mübarizə apardı. Selektiv abortlara diqqət çəkən “İtirdiyimiz Qızlar” kampaniyası “PR” kateqoriyasında qızıl, “Digital” və “Kampaniyalar” kateqoriyası üzrə isə bürünc mükafata layiq görüldü. “Dünya Sağlığına Günü” kampaniyası isə “Digital” kateqoriyasında daha bir bürüncü əldə edib.
Ümumilikdə “Endorphin” reklam agentliyi festivalda bir qızıl və üç bürünc qazanıb.
Missing Girls: https://vimeo.com/332699515
Fake Cheers Day: https://vimeo.com/315282461