Həyatda hər bir fəaliyyətin son məqsədi uğur qazanmaqdır. Lider olmaqdır. Bir addım önə çıxmaqdır. Bəs uğurun açarı hardadır, nədədir? Hər uğurun etibarlı açarı düzgün qurulmuş biznes siyasət zəminində doğru satış mədəniyyətindədir. Sirr deyildir ki, hər bir şirkətin nailiyyətləri yalnız məhsulun keyfiyyətində deyildir. Təklif olunan mal və xidmətin satışının səviyyəsi önəmli, özü də çöx önəmlidir. Bu sahədə ciddi addımlar atılır, təlim xidmətləri şəbəkələri formalaşır.


Yeni il ərəfəsində bu mövzuya diqqəti cəlb etməyimizdə əsas istək, yeni zamanın tələbi kimi kadrlara ehtiyacın ciddiliyi fonunda təlimlərin təşkilinin aktuallıq kəsb etdiyinə diqqəti yönəltməkdir.


Təbiəti etibarı ilə ən istedadlı satıcı (satış da bir istedaddır) belə savadlı satışın bütün incəlilərini bilə bilməz. Məhz düzgün təşkil olunan satış sayəsində real gəliri artırmaq mümkündür.


Üstəlik, bu zaman şirkətə nəinki müştəri itirilməsi baxımında ziyan dəymir, əksinə, yeni-yeni müştərilər və işgüzar tərəfdaşlar qazanılır. İri holdinqlər, bank qurumları, satış şəbəkləri və s. bunu yaxşı anlayırlar.


Onlar peşəkarlıqla hazırlanan satış texnologiyalarının əhəmiyyətini düzgün anlayırlar. Bu baxımdan kadr hazırlığı önəm daşıyır. Personalın təlimi üçün dəqiq fəaliyyət alqoritmləri hazırlanılır. Habelə, satış heyətinə şəraiti düzgün və operativ qiymətləndirmə vərdişləri aşılanır.


Bu baxımdan qabaqcıl biznes məktəblərinin və təlim qurumlarının öncül təcrübəsi rəqiblərlə müqayisədə rəqabət üstünlüyünü təmin etmiş olur. Odur ki, mal və xidmət satmaq, özü də daha çox satmaq istəyiпi gerçəkləşdirmək məqsədi ilə irili-xırdalı biznes qurumları külli miqdarda vəsait xərcləyirlər və personalın inkişafını, habelə satış treninqlərini diqqət mərkəzində saxlayırlar.



Treninq xidmətlərinin çərçivəsi genişdir və çoxşaxəliliyi ilə seçilir. Axı hər mal və ya xidmətin özünəməxsus fərqliliyi var və təkrarsız özəlliklərə malik olur. Odur ki, eksklüziv treninq satışlarının işlənib hazırlanmasına ciddi ehtiyac vardır.


Amma bu gün personalın Qərb texnologiyasını tətbiq etməklə təlimləndirilməsinə daha böyük üstünlük verilir. Satış treninqlərində Qərbin zəngin təcrübəsindən istfadə olunması satışa yanaşmanın özünü dəyişmək yolu ilə satışın effektivliyini yüksəltməyin etibarlı aləti kimi dəyərləndirilir.


Beləliklə, görürük ki, treninqlərin kompozisiyası çoxvariantlıdır və konkret təlimin son məqsədinin qoyuluşundan asılıdır. Buraya kommunikasiya-mövcud müştəri ilə münasibətlərin daha da yaxşılaşdırılması, satışlar-yeni müştərilərin uğurlu cəlb oluması, danışıqlar-bütün sazişlərin gəlirliliyinin artırılması, təqdimat-kommersiya təklifinin daha sərfəli şərtlərlə satması, konsultasiyalar - kommersiya təklifinin çevikliyinini təmin etməklə müştəri ehtiyacına dərhal reaksiya verilməsi və etirazlarla iş bacarığı və s. daxildir.


Təlim mürəkkəb, lakin zəruri prosesdir. Bu zaman təlimçinin düzgün seçilməsi çox mühüm əhəmiyyət kəsb edir. Müxtəlif metodlardan ustalıqla istifadə edən təlimçi daha üstün mövqedə dayanır.


Çünki onun çevikliyi, müxtəlif stillər arasında improvizə bacarığı çox önəmlidir. Amma əsas ağırlığın əməkdaşlar üçün zəruri olan və qabaqcadan seçilmiş vərdişlərin aşılanmasına və mükəmməlləşdirilməsinə yönləndirilməsi çox vacibdir.



Bizcə, bu ehtiyacları nəzərə almaqla təlim verməyə qadir olan şirkətlər qurulmalıdır. Akademiya formatı daha işləkdir. Təbii ki, təcrübə azlığı digər ölkələrdən olan həmkarlarla iş birliyinə və qarşılıqlı faydalı əməkdaşlıqla kompensasiya olunur. Onların bu sahədə - təhsil, təşkilat və məsləhətçilik sahəsində zəngin təcrübələri vardır.


Məqsəd müştərilərlə uzunmüddətli əməkdaşlıq, daha yüksək keyfiyyətli xidmət göstərilməsi, şəffaflıq və güvən duyğusuna inam, inkişafa həvəsli olmaq, sahibkarlığı dəstəkləmək, qloballaşma və yaradıcılıq mühitinə sadiq qalmaqdır.


Təlim xidməti göstərən şirkətin istəyi insan resurslarının şəxsi inkişafında effektiv dəstək olmaq, nəticə yönümlü xidmət göstərməkdir.


Cari il də başa çatır. İndi görülən işlərin qiymətləndirilməsi, yeni perspektivlərin planlanması mərhələsidir. Qarşıdan gələn ildə xidmətin səmərəliliyini yüksəltmək, şirkətlərin istəklərini istənilən səviyyədə qarşılamaq üçün sistemli xidmət paketlərinin gerçəkləşdirilməsi aktual olacaqdır.


Ümidvarıq ki, gələn il təlim xidməti göstərilməsində seçilən şirkətlər öz hədəflərinə yetəcəklər. Yeni kadrlar yetirəcəklər və ölkədə təlimçilik xidmətini bir mədəniyyət səviyyəsinə yönəldəcəyik. Bundan isə ilk növbədə Azərbaycan iqtisadiyyatı qazanacaqdır.


Hər kəsə inkişaf arzusu ilə,


Teymur Məmmədov,


Kreativ direktor