Sizləri 2020-ci ilin ilk yazılmış məqaləsində xoş gördük. Əksəriyyət vaxtda biz adətən biznes, idarəçilik, müştəri münasibətləri barədə bloqlar yazırıq. Amma hərdən bu mövzulara da toxunmaq lazımdır.


Bu dəfə ki, mövzumuz “Mədəniyyət”-lər barədə olacaqdır. Nədir bu mədəniyyət?


Ümumilikdə bir xalqın, bir toplumun yaşaması üçün onun mədəniyyətinin olması çox vacibdir. Bunlar olmadıqda o toplumun təməlləri möhkəm olmur. Necə ki, çox mərtəbəli yaşayış binası tikirsən, lakin onun dayaqları zəifdirsə onun tab gətirmək imkanları çox az olacaqdır. Tezliklə tarixə qərq olacaqdır. Eləcə də mədəniyyət bir toplumun, xalqın var olması üçün ən əsas təməllərdən biridir.


Mədəniyyət nədir? Mədəniyyət insanlara küçədə yol verməkdir, körpəli qadınlara ictimai nəqliyyatda əyləşmək üçün yer verməkdir, piyada keçidlərində sürəti azaldıb yol verməkdir (hətta piyada olmasa belə ani olaraq çıxmaq ehtimalını nəzərə alıb sürəti azaldılmalıdır), mədəniyyət yerə tüpürməməkdir, çeynəlilən saqqızı yerə atmamaqdır, ictimai nəqliyyatda öz ürək sözlərini yazmamaqdır, qadınlara söz atmamaqdır mədəniyyət.


Mədəniyyət fərqləri bugünkü gündə Azərbaycanda digər xalqlarla münasibətdə çox aşağıdır. Hətta MDB (Keçmiş Sovet) ölkələrində belə mədəniyyətlər daha güclü inkişaf edib, nəinki Azərbaycanda.


Bunu hər zaman deyirəm 2015-ci ildə Ukraynanın Lvov şəhərində olanda avto qəza olmuşdu. Nəticədə bütün maşınlar dayandı. Mən gözləyirdim ki, indi bunlar azərbaycanlılar sayağı “şou” göstərəcəklər.


Gözləntimin əksi oldu. Bütün maşınlar quyruq sırası ilə gözlədi. Maşınları söndürdülər və heç kim siqnal vermədi. Heç kim heç kimi söymədi. Əks yol hərəkətinə çıxmadılar, qəza baş verən əraziyə yığışıb müzakirə etmədilər. Polis çağrıldı, evakuator maşını apardı və beləliklə çox asta sürətlə, siqnal verilmədən maşınlar hərəkətə başladı. Çox zaman ukraynalıları, rusları bəzi mövzularda top atəşinə tutsalar belə onlar bizdən mədəniyyət cəhətdən çox inkişaf edib.


Ümidvaram ki, bizdə belə mədəniyyəti bizim insanlarda görərik tezliklə. Mədəniyyət olduqca vacib mövzudur. Gələn bloq yazılarda görüşənədək əziz dost!


İlkin Mirzəzadə-Bloqqer, İNNAB-Ümumi işlər üzrə menecer