Daha öncə xəbər verdiyimiz kimi facemark.az onlayn marketinq portalı Azərbaycanın AzReco şirkətinin təklif etdiyi “Voicen” platforması ilə əməkdaşlığa başlayıb. Bu isə o deməkdir ki, facemark.az-ın yazarlar bölməsində paylaşılan hər bir məqalə oxucunun rahatlığını nəzərə alaraq səsli də təklif olunacaq. Yeni funksiya oxucuların vaxt itkisini minimuma endirəcək və daha çox informasiya almasına da kömək olacaq.


Bildirək ki, artıq test mərhələsi başa çatıb. Məqalənin səsli də olduğunu bildirmək üçün yazının sağ küncündə “dinlə” işarəsini əlavə etmişik. Oxucunun diqqətini yazının səsli də olduğuna diqqət çəkmək üçün, dinlə işarəsi qırmızı işıqlar ilə yanıb-sönür.



AzReco şirkətinin yaratdığı Voicen platforması haqqında:


AzReco şirkəti azərbaycan dilinin səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq Voicen platformasını yaradıb. Şirkətin təkmilləşdirdiyi texnologiya telekommunikasiya, media monitorinq, təhsil, elektron ticarət, səsli axtarış, rəqəmsal marketing və rəqəmsal bankçılıq sahəsində tətbiq edilə bilər. Texnologiyanın məxsusi olaraq azərbaycan dilinə adaptasiya edilməsi, Youtube və Facebook kimi platformalarda yayımlanan videolara altyazıların əlavə edilməsini avtomatlaşdırır. Bununla da şirkətlər yaratdıqları video kontent vasitəsilə rəqibləri ilə müqayisədə önə keçmə imkanı əldə edəcəklər.


Səsli dinləyə biləcəyiniz məqalələrin TOP 5-ni Sizə təqdim edirik. Xoş dinləmələr.


Bu günün HR menecerindən nə gözlənilir?

http://facemark.az/site/news/10153/bu-gunun-hr-menecerinden-ne-gozlenilir-10153.html

Rənglərin Qidalanma Psixologiyamıza Maraqlı Təsirləri

http://facemark.az/site/news/10527/renglerin-qidalanma-psixologiyamiza-maraqli-tesirleri-10527.html


Bloq yazmağın önəmi

http://facemark.az/site/news/10440/bloq-yazmagin-onemi-10440.html


Kitab oxumaq haqqında

http://facemark.az/site/news/10434/kitab-oxumaq-haqqinda-10434.html


Hər birimizin daydayı olan beynimiz

http://facemark.az/site/news/10346/her-birimizin-daydayi-olan-beynimiz-10346.html