Haqqımızda

12932

Facemark.az iqtisadiyyat xəbərləri agentliyi olaraq 2011-ci ildən fəaliyyət göstərir. Saytımızda yerli və xarici iqtisadiyyat xəbərləri, biznesin müxtəlif sektorlarına dair ümumi və analitik xəbərlər, marketinq və satış sferasının gündəlik yenilənən məlumatları, texnoloji yeniliklər operativ olaraq yayımlanmaqdadır. Gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də müsahibələr, müxtəlif mövzularda araşdırmalar və köşə yazıları təqdim edir.


Bazarın üzü (face of market) devizi ilə 10 ildən çoxdur fəaliyyət göstərən facemark.az iqtisadi xəbərlər saytı həmçinin ölkə xaricində iqtisadiyyat və biznes sferaları üzrə keçirilən 20-dən çox beynəlxalq tədbirin Azərbaycan üzrə media partnyorudur. Bunlara “Uludağ Ekonomi Zirvesi”, “Brand Week Istanbul”, “Traffıc Summit”, “Golden Drum”, “Cannes Lion”, “Cristal Festival” “Red Apple festival”, “The Eurobest Awards”, “Digital Age Tech Summit”, “Startup Istanbul” və digərlər tədbirlər aiddir.


İqtisadiyyat və biznes xəbərləri portalı olaraq il ərzində bu sahədə köşə yazısı yayımlanan müəlliflərin yazıları redaktə edilərək kitab halına gətirilir və çap edilir. Artıq bugünədək 4 belə kitab işıq üzü görüb. Eyni zamanda, biznes media subyekti kimi bir çox biznes tədbirlərin də təşkilatçısıyıq. Bunlara “Maliyyə və İnvestisiya Forumu”, “Milli Marketinq Forumu”, “Rəqəmsal Marketinq Forumu”, “Milli İnsan Resursları Forumu”, “Xəzər Su İnnovasiya Forumu”, “UNEC Iqtisadi Forumu”, “Vergi və Mühasibatlıq Zirvəsi” daxildir.


Biznes verilişlər, video müsahibələr, iqtisadi termin və hadisələrin video şəklində qısa təsvirini əhatə edən – FMR TV internet media kanalımız da fəaliyyət göstərir.


Bizimlə əlaqə saxlamaq, rəy və təkliflərinizi bildirmək üçün;


Mail: info@facemark.az
Tel: 055 201 66 66
Rafiq Hunaltay

Xəbərlər