Azərbaycanda ilk praktik marketinq seminarı olaraq fəaliyyət göstərən “Marketing AİR” sentyabr ayının 10-dan etibarən yenidən təlimlərə start verir. Son 7 ildə artıq 14 belə praktik marketinq təlimləri keçirilib və indiyədək 600-dən çox məzunu olub. Təlimləri “Mutfakçı” mebellər şəbəkəsinin Sahibkarı İlkin Manafov, “Modern Group” şirkətinin Baş Direktoru Anar Bayramov və “Modern Group” şirkətinin Biznesin İnkişafı üzrə Direktoru Rafiq Vəliyev keçirəcək. Təlimlər həftədə 2-3 dəfə olmaqla saat 19:00-da başlayıb 21:00-da bitəcək. Təlimlərlə bağlı hər hansı sual və məlumat üçün aşağıdakı mail adresinə yaza və ya 055 455 56 45 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.