Britaniyalı alimlərin ixtira etdikləri cihaz "Wi-Fi" siqnalı təhlil edir və onun əsasında divarın arxasındakı hərəkəti aşkar edə bilir. Bu ixtira faktiki olaraq "Wi-Fi" simsiz rabitə hərəkəti zonasında yerləşən istənilən insanı izləməyə imkan verəcək.
Qurğu o qədər yüksək dəqiqliklə işləyir ki, gələcəkdə nəfəs prosesində döş qəfəsinin hərəkətini müəyyən edə biləcək və bu, divarın arxasında dayanmış insanı "görməyə" imkan yaradacaq. Böyük Britaniyanın Müdafiə Nazirliyi ixtira ilə maraqlanıb.