Nivea oxucularına gigiyenik dodaq boyalarının qablaşdırılması ilə bağlı öz dizaynlarını yaratmaq imkanı verir.
Facebook səhifəsində kosmetika markası “Üslubun öpüşü” adı altında müsabiqə elan edib və amerikan oxucularını “Nivea Care Lip” dodaq boyaları üçün öz tubik dizaynını təklif etmək imkanı yaratmışdır. Müsabiqədə qalib gələn dizayn variantı ABŞ-da məhdud buraxılışla satışa çıxarılacaq.
Öz istehlakçılarına daha maraqlı bir dizayn ilə təqdim etmək üçün Nivea brendi dizayner Şarlot Ronsonu dəvət etmişdir, hansı ki, jüri heyətinin bir üzvü kimi çıxış edir. İştirakçıların işləri 1-22 avqust tarixlərində qəbul ediləcək, daha sonra jüri üzvləri 10 nəfər finalçını seçəcək, belə ki, dizaynlar ictimai səsvermə üçün təqdim olunacaq. Əsas qalib 20 sentyabrda elan olunacaq və onun dizaynı ilə hazırlanmış tubiklər deyildiyi kimi gələn il satışa çıxarılacaq.
“Nivea “Lip Care” məhsulunun bir neçəsini təqdim edir ki, hər bir öpüşü yaddaqalan etsin”-deyə, Nivea-nın marketinq üzrə vitse-prezidenti Magnus Jonsson qeyd etmişdir.