16 nəfərdən ibarət dizayner komandasının üzvləri vaxtlarının böyük bir hissəsini “brainstorming” ilə keçirir.
“Apple kampaniyasının dizaynerlər komandası dünyanın müxtəlif yerlərində 16 nəfərdən ibarətdir və onlar “manyak” kimi öz işlərinə cəlb olunublar və vaxtlarının böyük bir hissəsini “brainstorming” ilə keçirirlər”-deyə, kampaniyanın dizayneri Kristofer Strinqer bildirmişdir. Kampaniyada 17 il işləmiş Strinqer amerikan korporasiyası və cənubi Koreya Samsunq arasındakı patent məsələsi üzrə ilkin şahid qismində dəvət olunmuşdu.
Strinqerin sözlərinə görə, Apple məhsulları sıfırdan yaradır. O, qeyd etmişdir ki, San-Fransiskodakı muzeydə təqdim olunan və öz sahəsində inqilaba səbəb olan cihazlar Conatan İv və onun Böyük Britaniya, Avstraliya, ABŞ, Yaponiya və Almaniyadan olan həmkarları tərəfindən hazırlanmışdır. Onlar bu cihazların xarici görünüşü üzərində 10 ildən çox işləmişdilər. Strinqerin sözlərinə görə, Conatan İv Apple-nin Kupertinodakı düşərgəsində yerləşən böyük, açıq bir studiyada işləyir. Oraya giriş kampaniyanın işçilərinin böyük bir hissəsinə qadağandır.
Strinqer həmçinin qeyd etmişdir ki, Apple komandasının böyük bir hissəsi bir-birlərini uzun zamandır tanıyırlar.Bu qrupun əsas tapşırığı dizaynın funksionallıq ilə kombinasiyası olmuşdur. Komandanın əsas silahı “brainstorming” olmuşdur, bundan sonra bütün ideyalar qeyd edilir və proses başlayırdı: əvvəlcə eskiz, sonra model nümayişi. Bundan başqa, Strinqerin sözlərinə görə, komanda demək olar ki, konveyerə göndərilən bütün variantlardan imtina edirdi-əgər yeni və daha yaxşı bir ideya ortaya çıxırdısa.
Apple və Samsunq arasındakı patent müharibəsi artıq bir neçə aydır ki, davam edir. Tərəflər sülh müqaviləsinə gəlib çıxa bilmədilər və nəticə etibarilə, münasibətlərini məhkəmədə müəyyən edirlər. Cənubi Koreya istehsalçısı məhkəmədə çox maraqlı müdafiə taktikası seçmişdir. iPhone-nin dizaynını kopyalamadığı haqda sübutları göstərmək əvəzinə kampaniya bildirmişdir ki, Apple Sony-ın ideyasını oğurlamışdır.