"HTC" şirkəti "planşetofon" kateqoriyasına məxsus 5 düymlü qurğu hazırlayır. Bu barədə etibarlı mənbələrə istinadən "DigiTimes" nəşri bildirib. "Planşetofon" dedikdə planşet və smartfon aralığında yer alan qurğu nəzərdə tutulur.

Aparat 5 düym diaqonallı (1920x1080 nöqtə) ekranla təchiz olunacaq və əməliyyat sistemi kimi "Google Android" (versiya haqqında məlumat yoxdur) quraşdırılacaq. Qurğu satışa sentyabr və ya oktyabrda çıxarıla bilər. "Samsung" şirkəti 2011-ci ilin oktyabrında 5.3 düymlü "Galaxy Note" istehsal edərək "planşetofon" kateqoriyasını açmış oldu.


Məlumat üçün bildirək ki, hazırda "HTC" şirkətinin vəziyyəti heç də yaxşı deyil. 2012-ci ilin ikinci rübündə Tayvan şirkətinin mədaxili 33 faiz azalaraq 3 milyard dollar təşkil edib. Xalis mənfəət isə 30 faiz azalıb. "HTC" şirkəti  gəlirin azalmasını smartfon bazarında rəqabətin güclənməsi ilə izah edib.