Disney 100 000-dən (təxminən yarısını) çox əməkdaşının əmək haqqısını dayandırır.
Facemark.az-ın məlumatına görə, bu haqda Financial Times-ın (FT) məlumatına deyilib.
Şirkətin park və otelləri koronavirusun yayılmaması ilə mübarizə çərçivəsində bağlanılıb. Bu tədbir çərçivəsində isə şirkətin səhmlərinin dəyəri təxminən ¼-ə qədər azalıb.
Çalışanların ödənişsiz məzuniyyətə göndərilməsi şirkətin kriz ilə mübarizəsində kömək olmalıdır. JPMorgan-ın analitiki olan Aleksiya Kuadraninin sözlərinə görə, “Belə bir ölçü şirkətə ayda 500 milyon dollar qənəat etməyə kömək olacaq”. Şirkətin əmək haqqlarının ödənilməsi onun operativ xərclərinin 45%-ni, ümumi xərclərinin isə 335-ni təşkil edir.
FT qeyd edir ki, indi Disney-in əməkdaşları yalnız sosial müavinətlərə ümid edə bilər. Onlar bir çox ölkələrdə dövlətdən müavinət almaq hüququna malikdirlər. Öz növbəsində, şirkət bütün əməkdaşlarına tibbi xidmətlər paketini ödəməyə davam edəcək.
Disney uzun müddət ayaqda qalmaq üçün addımlar atsa da, ekspertlər isə xəbərdarlıq edir ki, işlər uzun müddət dayandırıla bilər.