Yaponiyanın “Kyocera Corp” ofis texnikası istehsalçısı dünyada ən sürətli şırnaqlı printer hazırladığını elan edib. Printer dəqiqədə 152 səhifə çap edir. “Kyocera”-dan verilən məlumata görə, printerin əsas xüsusiyyəti onun çap edən başlığıdır. Şirkətdən verilən məlumata görə, sifarişçilər üçün printerin kütləvi nümunələri yalnız 1 ildən sonra əlçatan olacaq.