Nevada hökuməti “Google şirkətinin hazırladığı robot-maşınların küçələrdə hərəkətinə rəsmi olaraq icazə verib. Artıq bu maşınlar ümumilikdə 300 min km yol qət ediblər. Pilotsuz avtomobillərin hazırlanması Stenford Universitetinin (ABŞ) professoru Sebastian Urmsonun rəhbərliyi altında həyata keçirilir. Bu yaxınlarda o, “ağıllı” robot və sistemlər üzrə IEEE (İnstitute of Electrical and Electronics Engineers) Beynəlxalq konfransında robot-maşınların quruluşu haqqında məruzə edib.

Maşının idarəolunma prinsipi belədir: lazer məsafəölçəninin köməyilə avtomobil ətrafın üçölçülü modelini yaradır. Sonra isə maneələri dəf etmək və yol hərəkəti qaydalarına əməl etmək üçün modeli Yer kürəsi xəritəsilə müqayisə edərək marşrut çəkir. Maşın həmçinin ətrafdakı vəziyyət haqqında hərtərəfli məlumat əldə etməni təmin edən bir sıra sensorlarla təchiz olunmuşdur.

Bir tərəfdən, robot-maşın elə proqramlaşdırılmışdır ki, küçəni keçən piyadalara yol verərək onlara maksimum "güzəştə gedir". Lakin eyni zamanda yol ayrıcında hərəkət zamanı ardıcıllıq qaydalarına riayət etməyən avtomobillərə aqressiv “münasibət göstərir”. Robot yol ayrıcına keçir və birinci dönəcəyini “başa salır”. Qeyd edək ki, Google cari ilin may ayının 7-də dünyada ilk dəfə olaraq Nevada ştatının ümumi istifadə yollarında sürücüsüz avtomobilləri sınaqdan keçirmək üçün lisenziya əldə edib. Korporasiya hibrid Toyota Prius modelindən istifadə edir.