Jan İmin (Zhang Yiming) 37 yaşlı proqrammist və ByteDance şirkətinin sahibi (populyar tətbiq olan TikTok-un sahibi) Çinin ən varlı sakinləri siyahısında 13-cü sırada yer alır. Onun statusuna baxmayaraq, Jan çox qapalı insandır və onun şəxsi həyatı haqqında çox az məlumat var. “Business Insider” nəşri isə onun haqqında bir sıra faktları bir araya yığıb. Jan 1983-cü ildə Çinin Fuçzyan (Fujian) əyalətində dünyaya gəlib. Onun valideynləri dövlət qulluqçuları idilər. Adı Çinin “birinci cəhddə hər kəsi təəccübləndirmək olar” məsəlindən yaranıb.
2005-ci ildə Jan Nankay (Nankai) Universitetini bitirir. O, burada mikroelektronikanı, daha sonra isə proqrammistliyi öyrənir. O, universitetdə tanış olduğu qızla evlənir, cütlüyün uşaqları yoxdur. Janın təhsilindən sonra, birinci iş yeri turist startapı Kuxun olub. “Mən ilk işçilərdən biri idim”, - o, deyir. Əlavə edir ki, başlanğıcda mən sadəcə proqrammist idim, amma bir ildən sonra 40-50 nəfərdən ibarət olan komandaya rəhbərlik edirdim. Jana görə bu iş ona daha sonra ByteDance-də inkişaf etdirdiyi satış bacarıqlarını qazandırıb.
“2007-ci ilin sonunda, satış direktorumuz ilə birlikdə müştəri ilə görüşə getdiyimizi xatırlayıram”, - o, deyib. “Mən necə yaxşı satış etmək olar təcrübəsinə yiyələndikdən sonra, Toutiao-nu yaratdım, əməkdaşları işə cəlb etdim. Burdakı təcrübə mənə çox kömək oldu”.
Jan bir müddət Microsoft şirkətində çalışdı və 2012-ci ildə isə ByteDance şirkətini təsis etdi. Ötən il onun dəyəri 75 milyard dollar qiymətləndirilirdi və onu dünyanın ən bahalı şirkətlərindən biri hesab edirdilər. ByteDance özündə bir çox Çin sosial şəbəkələrini birləşdirir, məsələn, onların arasında WeChat-a rəqib olan FlipChat və Doushan adlı video mesajlaşma əlavəsi mövcuddur.
ByteDance-nin reallaşdıdığı ilk məhsul Toutiao idi, xəbərlər aqreqatoru rolunu oynayırdı. Jan süni intellekt ilə çalışan xəbərlər platformasını yaratmağı istəyirdi və o Çin axtarış motoru Baidu-dan asılı olmamalı idi. Ancaq ByteDance-də heç bir jurnalist yox idi. O, deyirdi ki, “Əsas olan odur ki, bizim xəbər biznesimiz yoxdur”. “O daha çox axtarış motoru və sosial platformadır. Biz yenilikçi bir iş görürük, heç bir Amerika məhsulu və texnologiyasını kopyalamırıq”, - deyə Jan deyirdi.
2016-cı ildə Jan özünün ən uğurlu platforması olan TikTok-u “Douyin” adı altında təqdim etdi. Bu gün TikTok ABŞ-da iOS üzərindən oyun olmayan tətbiqlərin sırasında ən populyarıdır, həmçinin yeniyetmələr arasında məşhurdur, onlar bu platformanı bir milyard dəfədən çox yükləyiblər. Çində isə TikTok hələ də özünün orijinal adı ilə fəaliyyət göstərir.
Jan, həmçinin TikTok üçün də çarxlar hazırlayır və özünün əməkdaşlarından xahiş edir ki, bu işlə məşğul olsunlar.
“Uzun müddət mən TikTok-a yüklənən videolara baxırdım, özümüz isə heç bir video hazırlamırdıq. Düşünürdük ki, bu platforma, əsasən gənclərə xitab edir”, - Jan izah edir. Daha sonra isə mən şirkətdə çalışan bütün əməkdaşlar qarşısında belə bir qayda qoydum ki, onlar da TikTok üçün videolar hazırlamalıdırlar. Onlar müəyyən qədər layk da toplamalıdır. Ən pis halda video hazırlamaq istəməyən əməkdaşlar bunu etməyə təşviq edilməlidir. Bu şəxsən mənim üçün ciddi addım idi”.
Jan platformanı bütün dünyada məşhur etmək istəyir. O, ümid edir ki, ByteDance də bir gün Google kimi sərhədsiz bir şirkət olacaq. Jan deyir ki, biz daha çox çalışmalıyıq və mükəmməl olmalıyıq. O, deyir ki, sənaye dövründə beynəlxalq əmək bölgüsü var idi, bizim əsrimiz isə informasiya əsridir. O, əlavə edib ki, Çinli sahibkarlar beynəlxalq bazara çıxmaq üçün özünün imkanlarını yaxşılaşdırmalıdırlar.
Janın sərvətinin həcmi sürətlə artır. Təkcə, 2018-ci ildə o 12 milyard dollardan çox qazanıb. Onun gəlirlərinin çox hissəsi, təxminən 24%-ini ByteDance şirkətindən əldə edir.
Forbes nəşri ilk dəfə Jan-ı 2018-ci ilin martında milyarder elan edib, hesablamalara görə, onun şəxsi sərvətinin həcmi 4 milyard dollar qiymətləndirilirdi. 2019-cu ildə isə bu rəqəm 16,2 milyard dollara yüksəlib.