O reytinqdə sadəcə “Donuz Peppa”, “Süngər Bob” və “Ulduz Müharibələrinə” uduzub.
Rusiyanın Maşa və Ayı cizgi filmi koronavirus pandemiyası zamanı dünyada ən çox axtarılan uşaq layihələri arasında TOP 5-liyə daxil olub.
Facemark.az xəbər verir ki, bu haqda cizgi filmi ərsəyə gətirən “Animaccord” kompaniyasının press-relizində deyilib.
Parrot Analytics beynəlxalq agentliyinin ekspertləri dünyada pandemiya periodunda ən çox axtarılan uşaq şoularını analiz edib. Reytinqin birincisi “Donuz Peppa” olub, ikinci yerdə “Süngər Bob”, üçüncü isə “Ulduz müharibələri: Klon Döyüşləri” olub.
Tədqiqat martın 1-dən mayın 3-dək aparılıb. Layihələrə olan tələb isə koronavirus pandemiyasının pik dövründə uşaqların məzmunla bağlı onlayn sorğularına əsaslanaraq ölçülüb.
Xatırladaq ki, martda Animaccord Maşa və Ayı cizgi filminin yayım hüquqlarını Çinin telekompaniyası CCTV-yə satıb. Bundan əvvəl isə yayım hüququ Netflix-ə satılmışdı. 2019-cu ilin iyulunda isə Maşa və Ayı-ya YouTube üzərindən baxanların sayı 4 milyard nəfər olmuşdu.
“Maşa plus kaşa” – deyə bilərik ki, hostinqdə yeganə animasiya çarxıdır ki, belə göstəricilərinə görə öyünə bilər.