2012-ci ilin may ayında Google Chrome cəmi bir həftəlik dünyanın ən populyar brauzerinə çevrildi. İyulun nəticələrinə görə, hazırda veb-brauzerin liderliyi rəsmi olaraq təsdiq olunmuşdur.
İyul ayına olan statistikaya görə, dünya bazarında Chrome-un bazar payı 33,8% təşkil etdi ki, bu da iyun ayı ilə müqayisədə 1 faiz daha çox idi. 1 il əvvəl isə göstərici 22,1%-lə ölçülürdü. İyunda Chrome regionda lider olan Firefox-u qabaqlayaraq Avropa brauzer bazarına başçılıq etdi. Bundan başqa, Chrome Cənubi Amerika və Asiyada da liderlik edir. Internet Explorer isə əvvəlki kimi ABŞ, Böyük Britaniya və Avstraliyada hökmranlığını davam etdirir.
Hazırda Internet Explorer-in mövqeyi zəifləməyə davam edir. Brauzerin payı 32% təşkil edir ki, keçən il bu göstərici 42,45% idi. İnternet-brauzerlərin populyarlığına görə dördüncü yerdə Safari (7,1%) qərarlaşıb. Qeyd edək ki, Stat Counter-in tədqiqatı 1 ay ərzində 3 milyon saytın 15 milyard səhifəsinə baxışın monitorinqinə əsaslanır.