Alphabet Inc. və Google-un maliyyə direktoru, Rut Porat iki ayrı-Uoll Strit və Silikon Vadisi kimi paralel dünyalarda eyni dərəcədə zirvəni əldə etməsi ilə diqqət çəkir. 2019-cu ildə Rut “Fortune” görə dünyanın ən güclü qadınlarının ilk onluğunu tamamlayıb.
Rutun həyatdakı əsas rol modeli hər zaman heyratamiz taleyi olan - atası olub.
1938-ci ildə atası Dan Porat valideynlərinin Avstriyadan ingilislərin nəzarəti altında olan Fələstinə göndərməsini bacardıqları kiçik bir yəhudi uşaq qrupu arasında idi. Tanımadığı bir ölkədə tək qalaraq ana, ata və digər qohumlarının ona qoşulacağını gözlədi, ancaq heç kəs gəlmədi. Bütün ailəsi həbs düşərgələrində öldü. Dan arvadının böyüdüyü yerə mümkün qədər oxşar iqlimdə yaşamaq üçün işindən imtina etdi. Beləliklə, Porat ailəsi Stanford Universitetinin geniş sahəsinin olduğu, Kaliforniyanın Palo Alto şəhərinə köçürlər. Ailə başçısı alimlərdən ibarət olan Milli Laboratoriyaların birində - 26 il işlədi. Həyat yoldaşı Frida məşhur psixoloq oldu, dərs verdi və monoqrafiyalar yazdı.
“Atamız üçün yaxşı oxumağımız həmişə çox vacib idi”, - Rut deyirdi. O, heç vaxt başa düşə bilmirdi ki, əgər uşaq səngərdə deyil də, isti otaqda, üstəgəl müəllimlərindən dərs alırsa, o necə pis qiymətlər əldə edə bilər. Anam həmişə işinin onun ailəsinə ayırdığı vaxtı oğurladığına görə, özünü günahkar hesab edirdi. Ancaq o həmişə deyirdi ki, insan sevdiyi işi görməlidir, digər insanlara kömək etməlidir. Ancaq bu halda fərd özünü realizə olunmuş hesab edə bilər. Rut atasının pula olan münasibətindən çox təsirlənirdi. Dan yaşlanmağa başlayanda öz memuarını yazmağa başladı və uşaqlarına bütün həyatları boyu ilham olacaq bu fikirləri yazdı: “Düşüncəmizin əsas təhlükələrindən biri insanları məhv edən materializmdir. İnsanlar bunun daha yaxşı həyatın olduğuna dair illüziyaya qapılanda, istehlakın daha yüksək səviyyəsinə çatdılar”.
Böhran sınağı
Əgər Rut 3-dən aşağı Ali Təhsil alsa, sevilən atasını məyus edəcəkdi. Rut Stanfordda iqtisadiyyat və beynəlxalq münasibətlər, London Ali İqtisadiyyat Məktəbində kadr idarəçiliyi oxuyub və Wharton Business School MBA dərəcəsi oxuyub, Pensilvaniya Universitetinin diplomun əldə etmişdir. Sərt intizam və təşkilatçılıq istedadı ona qeyri-mümkün olanı etməyə kömək etdi. İmtahanların aşıb-daşdığı bir dövrdə hüquq tələbəsi, gələcəyi daha parlaq olan Entoni Paduano ilə ailə həyatı qurur.
İşəgötürənlər universiteti başa vuran, belə bir istedadlı və möcüzəvi qızı almaq üçün növbəyə durmuşdular. 1987-ci ilin avqust ayında Rut köhnə, nüfuzlu investisiya bankı Morgan Stanley-in M&A şöbəsində işə başladı. Həmin ilin oktyabr ayında Wall Street tarixində ən böyük birja qəzası baş verdi. “Mən düşünürdüm ki, karyeram həqiqətən başlamadan, əvvəl bitdi”- deyə Rut deyir. Etiraf etməliyəm ki, Morgan Stanley məni satınalma etmək fürsəti ilə cəlb etdi. Bu, bankçılıqda mənə maraqlı göründü. Lakin qəzadan sonra bazar dəyişdi.
Mənim mentorum mənə özəl kapitalın idarə olunmasını təklif etdi. Fikir ümumiyyətlə xoşuma gəlmədi, amma ona hörmət etdiyim üçün təklifi ilə razılaşdım, ancaq tez bir zamanda başa düşdüm ki, bu sahə necə maraqlı və perspektivlidir. Daha sonra düşündüm ki, əgər siz ağıllı insanlar ilə işləyirsinizsə, yeni risklər alıb onlara özünüzü sübut etdiyiniz anda, mövcud qapılar heç təsəvvür belə edə bilməyəcəyiniz qədər açılacaqdı.
Rut etibarı doğrultmaq üçün həddindən artıq işləyirdi. 1992-ci ildə ilk övladının dünyaya gəlməsini gözləyərək doğum evindən müştərilərini çağırdı. “Ailə və iş bir-birinə qarışdırılmamalıdır, mən buna inanıram”, - deyir. Mifik tarazlığın axtarışı, birini digərindən təcrid etmək cəhdləri xüsusən bir qadın üçün həmişə uğursuz olur. Şəxsi və peşəkar təcrübələrinizi birləşdirərək, siz vəziyyətdən asılı olaraq prioritetlərinizi dəyişirsiniz.
Rutun mentoruna olan minnətdarlığı onun karyerasına başa gəlirdi. 1993-cü ildə Morgan Stanley bankında parçalanma baş verdi. Bankın prezidenti maliyyə dəstəyi şirkəti olan Smith Barney-də çalışan komanda ilə yollarını ayırdı. Rut dərhal yeni yerə gedir, ancaq yeni işinin ilk günündə etdiyi hərəkətə görə peşman olur. Rut xatırlayır, “Mən bu dövrü xatırlamaq belə istəmirəm. Mən Morgan Stanley-i çox sevirdim, orda hökm sürən etik normaları yüksək qiymətləndirirdim və hörmət edirdim. Düzdür, mən bu şirkətdə karyera pillələrində uğurla irəliləyirdim. Ancaq hamilə olduğum dövrdə, top mencerlərimizdən birinin müştərilərimiz ilə olan danışığını eşitdim. O deyirdi, “Bir qadın bir uşaqdan sonra karyerasına qayıda bilər, amma ikinci də heç vaxt”.
Davamı olacaq....