Dünyanın nəhəng şəbəkə operatoru “Akamai Technologies” bu günlərdə State of Internet–in rüblük hesabatının növbəti sayını dərc edib. 2012-ci ilin birinci rübünü əhatə edən hesabatın məlumatlarına əsasən, Akamai dünyanın 238 ölkəsindən şəbəkədə 666 milyon işlək vəziyyətdə olan unikal IP ünvan aşkar edib. Bu göstərici 2011-ci ilin dördüncü rübü ilə müqayisədə 6%, keçən illə müqayisədə isə 14% çoxdur.
Ən perspektivli ölkələrin payına təxminən 66% IP-ünvan düşüb ki, bu da əvvəlki rüblə müqayisədə 1% aşağı nəticədir. Akamai qeyd edir ki, IP-ünvanların aktivliyi üzrə ən böyük artım BRHÇ (Braziliya, Rusiya, Hindistan, Çin) ölkələrində müşahidə olunmuşdur. Bir il ərzində bu bloka daxil olan ölkələrin hər birində aktiv IP-ünvanların sayı təxminən 20% artmışdır.
Bundan başqa Akamai IPv6 şəbəkələrinin də fəallıq artımını qeyd edir. Belə ki, nəhəng İnternet-portallar olan Google, Facebook, Yahoo və digərlərinin IP-protokolun bu versiyasını daima dəstəklədikləri halda 2-ci rüb üçün IPv6-nın əhəmiyyətli dərəcədə canlanması proqnozlaşdırılır.