Karton materialdan hazırlanan velosiped – bir qədər qəribə səslənsə də, lakin israilli ixtiraçı İsqar Qafni məhz belə nəqliyyat vasitəsi yaradıb.

 Kartondan hazırlanan velosiped 220 kiloqram (kq) ağırlığa tab gətirir. Velosipedin öz çəkisi isə 9 kq-dır. Karton materialdan hazırlanan bütün detallar xüsusi tərkiblə emal edilib. Nəticədə velosiped rütubətə və oda davamlıdır.

İxtiraçı velosipedin böyük modelində istifadə olunan bütün detalların maya dəyərinin 10 dollar təşkil etdiyini bildirib. Uşaq modelinin maya dəyəri isə cəmisi 3 dollar təşkil edir. İsqar Qafni hazırda karton materialdan hazırlanan velosipedlərini kütləvi istehsal etmək üsulu haqqında fikirləşir.