Hotmail poçt xidməti Microsoft-da mövcudluğunu itirir. Bunun əvəzinə korporasiya müasirləşdirilmiş Facebook, Twitter, LinkedIn, Flicker kimi və hətta YouTube və Skype-ı birləşdirən Outlook platformasını buraxır.


Microsoft korporasiyası Hotmail poçt xidmətini bağlayacaq və onun yerinə yenilənmiş Outlook.com platformasını buraxacaq.


"Biz hesab edirik ki, elektron poçtu yenidən fikirləşmək vaxtı gəlmişdir, - Microsoft bloqunda bildirilir .- Buna görə biz Outlook.com beta-versiyasını buraxırıq. Biz anlayırıq ki, keçmişdən uzaqlaşmağa və sıfırdan prinsipial olaraq yeni xidməti hazırlamaq üçün cəsarətli addım lazımdır".


Korporasiya Microsoft-un digər xidmətləriylə elektron poçtu birləşdirərək, elektron poçt, Facebook, Twitter, LinkedIn, Flickr və ya YouTube hesabların vasitəsilə Outlook-u "ünsiyyətin vahid mərkəzi" etmək niyyətindədir. İstifadəçilər mesajlara, şəkillərə baxa bilərlər və sosial xidmətlərdə dostların statuslarını yeniləyə bilərlər və beləliklə Microsoft-dan Outlook.com poçtuna qoşulmuş xidmətlərdən əlaqə siyahısının daimi yeniləməsi nəzərdə tutulur.


Gələcəkdə Microsoft istifadəçilərinə Outlook-dan çıxmadan poçt xidmətinə Skype VoIP-xidmətiylə inteqrasiyanı daxil edərək ünsiyyət saxlamaq imkanını asandlaşdırmağa söz verir. Yeni poçtda mesajların avtomatik qruplaşması nəzərdə tutulur. Şirkətdə dəqiqləşdirilmişdir ki, adətən təxminən 50% daxil olan mesajlar göndərilmədir, daha 20% isə sosial şəbəkələrdə yeniləmələr haqqında informasiyalardır. Şirkətdə düşünürlər ki, " Poçt qutularının tez-tez dolması və istifadəçilərin məktubları anlamaq arzusu şirkətdə bir sıra düşüncələr yaradır. Buna görə Outlook.com-da tiplərindən asılı olaraq mesajların çeşidləməsi nəzərdə tutulmuşdur.


Poçtda həmçinin poçtdan çıxmadan sənədlərlə işləmək üçün Word, PowerPoint, Excel OneNote kimi əlavələrin (proqramların) pulsuz dəsti, həmçinin SkyDrive fayllarının saxlanılması üçün ‘’buludlu’’ xidmətə giriş nəzərdə tutulmuşdur.


Outlook.com dizaynı 1996-cı ildə buraxılmışdı və Hotmail ilə müqayisədə daha sadə olaraq ilk pulsuz poçt xidmətlərindən biri hesab olunub. Hotmail 1998-ci ilin əvvəlində Microsoft idarə etməsinin altında keçib. ComScore-un məlumatına görə, 2012-ci ilin iyununda Hotmail-in unikal istifadəçilərinin sayı 324 milyon insan təşkil edirdi.


Microsoft-un poçt strategiyasında mühüm dəyişikliklər Google-dan Gmail-in poçt xidmətiylə rəqabətin gücləndirilməsinə yönəldilmiş ola bilər və unikal istifadəçilərinin sayı 278 milyon təşkil edir. Gmail-də həmçinin sənədlərlə iş imkanı və faylların elektron anbarı nəzərdə tutulmuşdur.


Lakin Google-dan fərqli olaraq, Microsoft Outlook.com-da reklamları göstərməməyə söz verir. Gmail-də istifadəçilərə fərdiləşdirilmiş reklamı göstərmək üçün poçt mesajlarının mətnləri avtomatik şəkildə skan edilir. Outlook.com-da böyürdən əks olunan reklam elanları mesajın başlığına əsaslanaraq yönələcək. Əgər istifadəçinin box-una "xizək weekend" adlı məktub gələrsə, onda o reklamda xizəkləri görə bilinəcək.


"Biz məktubları göndərən şəxsdən daha çox görməyə hazırlaşmırıq " - Brayn Xoll Hotmail kuratorunun The Wall Street Journal-ından sitat gətirərək belə bildirir.


Microsoft Windows 8 əməliyyat sisteminə poçt xidmətini birləşdirmək niyyətindədir. Hal-hazırda artıq Outlook növü Microsoft Windows 8 və Office 2013 interfeysini xatırladır. Poçt xidmətinin dizaynı yığcam, böyük və dəqiq mətn şriftini özündə daxil edir. Outlook-da hesab Windows 8-in istənilən kompyuterində avtomatik olaraq çalışacaq, həmçinin Microsoft-un əməliyyat sisteminin planşet və smartfonlarında çalışacaq. Korporasiya həmçinin iOS-dan Apple Android-dan isə Google əsasında smartfonların Outlook-un poçt interfeysini optimallaşdırır.


Artıq Outlook-da Windows Live-dən loqin və parol vasitəsilə qeydiyyatdan keçmək mümkündür. Bundan əlavə, Microsoft Outlook-da məlumatların köçürülməsiylə Hotmail-dən qüvvədə olan hesabı keçirməyə imkan verəcək.


"Yeni xidmət sözsüz Gmail rəqibidir, - Gabriel Consulting Group-un analitiki Den Olds hesab edir. İndiyə qədər Hotmail-in Gmail ilə müqayisədə daha çox istifadəçi var idi, hərçənd qırılma tədricən azalırdı. Buna baxmayaraq Microsoft liderliyi saxlamaq və mövqelərini genişləndirmək niyyətindədir".


"Xüsusilə gənclər, daha çox istifadəçilər sosial şəbəkələrin kontekstində poçt xidmətləriylə müqayisədə daha çox ünsiyyət saxlayırlar. Lakin Moor Insights & Strategy analitiki Patrik Murxed bildirir ki, elektron poçt uzunmüddətli köçürmənin üsulu olaraq qalır. Microsoft Hotmail-dən getməyə ümidsizcəsinə çalışır. Sosial şəbəkələrdə daha çox sosial funksiyalar, yəni foto, video, video əlaqə və çat hesablarının bağlama funksiyaları mövcüd olmalıdır".


Murxed həmçinin bildirir ki, "Düşünürəm, Microsoft oyundadır. Əgər şirkət şəxsi unikal xidmətləri irəli çəkməyi bacararsa, o Google istifadəçilərini tovlaya bilər".