Sənaye dizayneri Ostin Yanq “iPad” planşeti üçün retro stilində qeyri-adi aksesuar – klassik çap maşını şəklində klaviatura hazırlayıb. İstifadəçilər mətni “iTypewriter” qurğusundan istifadə edərək sensor ekrana toxunmadan daxil edə bilərlər.
Yanqın hazırladığı aksesuarı kütləvi istehsal etməyi planlaşdırıb-planlaşdırmaması məlum deyil.