Yaponiyanın “Panasonic” şirkətinin təqdim etdiyi məişət qurğularını “Android” smartfonlar üçün nəzərdə tutulmuş tətbiq vasitəsilə idarə etmək olar. Söhbət soyuducu, kondisioner, qab-qacaq yumaq üçün aparat, çəki və təzyiq ölçən cihazlardan gedir.
“Panasonic” şirkətinin istehsalı olan yeni soyuducunun sahibi soyuducunun qapısının neçə dəfə açılıb-bağlanması, soyuma sisteminin müxtəlif vaxtlar üzrə effektivliyi haqqında məlumatı məsafədən öyrənə bilər.
Yeni məişət texnikasının Almaniyada keçiriləcək “IFA” sərgisində təqdim ediləcəyi gözlənilir, lakin bu qurğular ilk vaxtlar yalnız Yaponiya ərazisində əlçatan olacaq.
“Panasonic” şirkəti Avropa bazarı ilə bağlı planlarını açıqlamayıb. İlkin informasiyaya görə, idarə olunan kondisionerin qiyməti 2650 dollar, internetə çıxış imkanına malik qabyuyan maşının qiyməti isə 4270 dollar təşkil edəcək.