Amerikanın fast-food restoranları şəbəkəsi McDonald's-un Azərbaycan üzrə nümayəndəliyi I Qarabağ Müharibəsində azərbaycanlılara dəstəyini nümayiş etdirən vizual paylaşımlar edib.


Facemark.az xəbər verir ki, Instagram-da paylaşımından sonra, fast-food restoranları şəbəkəsi postları səhifədən uzaqlaşdırıb. Bu da haqlı olaraq azərbaycanlı müştərilərin etirazına səbəb olub, onlar #boycottofMcDonaldsAzerbaijan, #boycottofMcDonalds həştəqləri ilə şirkətə olan etirazını bildiriblər.


Şirkətin belə bir addım atmasına səbəb kimi deyilir ki, ermənilərin təzyiqi olub. İstifadəçilər də haqlı olaraq soruşublar ki, hər iki qərarınızda yenə də pul itirəcəksiniz.



Reklam sahəsinin mütəxəssisləri isə deyirlər ki, belə bir həssas zamanda beynəlxalq şirkətlərin Azərbaycandakı nümayəndəlikləri hadisələrə soyuqqanlılıqla yanaşmaları qəbulediləndir, ancaq dəstək postu paylaşıb, onu silmək isə bu artıq şirkətin mövqesizliyindən xəbər verir.



Maraqlısı budur ki, McDonald's Azərbaycan bu təzyiqlərdən sonra, açıqlama yayıb. Açıqlaması isə yenə də insanları və ən əsası onun müştərilərini qane etməyib. Eləcə də bu addımlarına haqq qazandırmış və insanlardan üzr istəməyiblər.



Qeyd edək ki, böhran şəraitində belə bir addım atan şirkətlər öz səhvlərini də qəbul etməlidirlər. Çünki şirkətin soyuqqanlı açıqlaması yenə də onu bu düşdüyü vəziyyətdən xilas etməyəcək.