İş adamı Rafiq Hunaltay, İlkin Manafovun təqdimatı ilə aparılan, İTV telekanalında yayımlanan Biznes Azərbaycan verilişində qonaq olub. Onlar veriliş çərçivəsində Böhran və Biznes məsələsini müzakirə ediblər. Həmçinin Azərbaycanda Qarabağ uğrunda gedən Vətən Müharibəsi dövründə bizneslərimizin atmalı olduğu addımlara da toxunulub.


Rafiq Hunaltay: “Bu günlərdə Azərbaycan əsgəri səngərdə tarix yazır. Biz də özümüzü xoşbəxt saya bilərik ki, belə bir dövrə şahidlik edirik. Arxa cəbhədə isə yerli şirkətlər yeni davranış modelləri ilə üz-üzədirlər. İstər izləyicilər, istər müştərilər, eləcə də şirkətlərin özlərinin artıq biznes modelləri dəyişib.


Bu dəyişiklik ondan ibarətdir ki, insanlar daha emosionaldırlar. Onsuz da biz Şərq xalqlarını təmsil etdiyimizdən xarakter olaraq emosionalıq. Xüsusilə Vətən Müharibəsi, illərdir torpaqlarımızın həsrətində olduğumuz və ard-arda qələbə xəbərlər eşidən dövrdə insanlar daha emosional olurlar. Və şirkətlərdən fərqli gözəntilər yaranır. Bu gözləntilər isə ondan ibarətdir ki, onlar satışı, birbaşa müştəriləri şirkətə cəlb etməyi ikinci plana keçirirlər. Ön planda Vətənin qələbələrinə bərabər, müştərək sevinmək hissini qabartmalıdırlar”.


VİDEONUN DAVAMI ÜÇÜN