“Növbəti pandemiya dünyanın hazır olmadığı 2019-cu ilin dekabrında baş verən koronavirusdan daha təhlükəli ola bilər”.
Facemark.az xəbər verir ki, bu haqda multimilyarder Bill Qeyts Almaniya nəşri Süddeutsche Zeitung-ə müsahibəsində deyib.
“Bu pandemiya dəhşətlidir, ancaq gələcək pandemiya 10 qat daha pis ola bilər”.
Qeytsin fikrincə, “zəngin ölkələrdə” loqistika sistemi gözləniləndən daha mürəkkəb idi.
O, həmçinin əlavə edib ki, daha da inkişaf etmiş diaqnostika sistemi insanlarda koronavirusu daha tez tapmağı və COVID-19-a yoluxanların sayını əhəmiyyətli dərəcədə aşağı salmağı mümkün edir.
Qeyts deyib ki, bəşəriyyət növbəti bir pandemiyaya hazır deyil, ancaq yaxın iki ildə vəziyyətin yaxşılaşmasına ümid etdiyini deyib. “Vaksinasiya, test, dərmanlar, epidemiologiya, monitorinq”, - edilməli çox şey var.
Microsoft şirkətinin rəhbəri əlavə edib ki, koronavirus zəlzələ, tornado kimi insan həyatının bir hissəsinə çevrilib.
Daha əvvəl, 2020-ci ilin oktyabrın sonunda Qeyts deyirdi ki, koronavirusdan qorunmaq üçün birinci vaksinin effektivliyi ideal olmaya bilər. Ona görə də, o effektiv və mövcud preparatı bəşəriyyətin normal həyata qayıtmaq üçün yeganə yolunun olduğunu deyib. Cons Hopkins universitetinin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 11 mart 2020-ci ildə elan etdiyi bütün pandemiya ərzində dünya üzrə 100,5 milyon insan virusa yoluxub. Onların çoxu ABŞ-da yaşayır, 25,4 milyon nəfər. Rusiya operativ qərargahının məlumatına görə isə ölkədə COVID-19-a yoluxanların sayı 3,7 milyon nəfərdə təsdiq edilib.