Microsoft şirkətinin qurucusu Bill Qeyts həyat yoldaşı Melinda ilə boşanacağını deyib.
Facemark.az xəbər verir ki, cütlüklərin birgə qərarı haqqında məlumat milyarderin Twitter səhifəsi üzərində verilib.
“Münasibətimiz üzərində çox düşündükdən və çalışdıqdan sonra evliliyimizə son vermək qərarına gəldik”, - deyə cütlük açıqlamasında deyiblər.
Bill və Melinda bildiriblər ki, 27 illik nikahları dövründə 3 nəfər mükəmməl övlad yetişdiriblər və bütün dünyada fəaliyyət göstərən xeyriyyəçilik fondu yaradıblar.
“Fond üzərində birlikdə çalışmağa davam edəcəyik, ancaq həyatımızın yeni dövründə bir cütlük kimi görünməyəcəyik”, - deyə o, əlavə edib.
Xatırladaq ki, Qeyts Melinda Frenç ilə 1994-cü il yanvarın 1-də evləniblər. Cütlüyün bu evlilikdən 3 övladı var. Cennifer Katarin, Rori Con, Fibi Adel.