Sosial əlaqə və əyləncə məqsədilə istifadə olunan sosial media, hələ iməkləmək dövründə olsa da əlaqə və reklam sektorunda artıq məşhurlaşıb. Hətta məşhurlaşmaq bir yana, sahiblərinə milyonları da qazandıra bilib. Sosial medianın inkişafının belə tez olması, əslində insanlar arasında kommunikasiya ehtiyacından irəli gəlməkdədir. Demək ki, canlı, üz-üzə söhbətlərdə, əlaqələrin qurulmasında və ya buna zaman ayrılmasında sosial media insanlara daha rahatdır. Azərbaycanda internet istifadəçilərinin sayına nisbətdə sosial media istifadəçilərinin sayı heç də az deyil və bu rəqəm aybaay sürətlə artmaqdadır. Məqsəd Azərbaycanda kimlərin sosial mediadan necə istifadəsi haqqında yazmaq deyil. Diqqəti tamam başqa səmtə yönəltmək istərdik. Belə ki, hər şeyi olduğu götürməyə alışmış bir coğrafi bölgə kimi ən azında sosial mediada elmiləşməyimizə böyük ehtiyac var. Bu il ərzində sosial medianın bir ticarət və alışveriş platforması olaraq geniş şəkildə istifadə olunduğunu görəcəyik və sosial oyun, sosial alışveriş kimi məfhumları çox eşidəcəyik. Qəzetlər, jurnallar ya da televiziyalar və radiolar (ənənəvi media) bu yeni medianı ancaq özünə ciddi bir təhdid yaratmağa başlayarkən fərqinə vara bildi. İndi dünyada və ölkəmizdə bütün media quruluşları, özlərini yeni mediaya öyrəşdirməyə çalışırlar; ancaq özlərini “div güzgüsündə“ gördükcə və yeni medianı hələ də öz ənənəvi qəlibləri içərisində gördükləri müddətcə işləri çətindir. Lakin media, ənənəvi nəşr orqanlarının dəyişdirilməsi proyekti deyil, gənc nəslin öz təşəbbüsü ilə gerçəkləşdirilən bir inqilabdır: Bu yeni nəslin öz mədəniyyəti içindən yaratdığı və öz qanunlarını qoyduqları bir əlaqə platformasıdır. Buranı hələ tək istiqamətli, kütləvi bir nəşr məcrası olaraq görmək və burdakı təsir, özəlləşdirmə və möhkəmlik kimi radikal dəyişiklikləri başa düşmək onlar üçün əsl təhlükədir. Məsələn, yeni paylaşma mədəniyyətini, “qadağan olunası bir təltif problemi” olaraq görənlər ya da burdakı nəslin səsini eşitdirmə tələblərinə qulaqların tıxayıb bildiyini etməkdə davam edənlər, çox yox 15-20 il sonra bu yeni əsas axının xaricində qalacaqlar. Ölkəmizdə yeni-yeni məşhurlaşan sosial media istifadəsi artıq bəzi şirkətlərimiz üçün faydasını hiss etdirməkdədir, lakin elələri də var ki, çox böyük sürətlər bu prosesi özünə yaxın buraxmayıb proseslərdən geri qalmaqdadır. Ən əsas da dövlət qurumlarımız sosial mediadan öz xeyirlərinə istifadə imkanları və resursları böyük ola-ola bu işdə geri qalmaqdadırlar.
Yeni əlaqə mühiti
“Yeni Media”, internet və mobil əlaqə vasitəsiylə istifadə etdiyimiz bir çox məfhum və markanı içində sığdıran yeni bir əlaqə mühitidir. Gənc nəslin çox tanış olduğu bu müddət çox qəribədir; o nəslin oxuduğu universitetlərin əvəzi yoxdur. Ancaq ki, məlumat və əlaqə, texnologiyalar ilə medianın bir-biri ilə həmkarlığının ortaya çıxdığı bu yeni əlaqə mühitinin 20 ildir ki, həyatımızda sosial mədəni, iqtisadi, siyasi və hüquqi bir çox təsirləri görünməkdədir. Sosial media iki milyarddan çox dünya əhalini əhatə etməklə bu mühitdə insanlar tanış olub evlənir, gənclər bir-birilə əlaqələrində yeni bir jarqon formalaşdırırlar. Google, Facebook kimi şirkətlər dünya iqtisadiyyatının zirvəsinə çıxmaqdadır, Wikileaks kimi bir internet saytı dünya siyasətini və ölkələri sarsıtmaq və nəhayət şəxsi həyatlarlarını bu saytda təhlil etməkdədir; hətta ortalığa açıb tökməkdədir.
Artıq dəyişən dünyanın bu tip sosial tələbinə ayaq uyduran bir çox universitetlər “yeni media” fakultələri, ixtisasları açıb tədris etməkdə, öyrənməkdədirlər. Artıq gecikmədən Azərbaycanda da iqtisadiyyat təmayüllü universitetlərdə sosial media bir istiqamət olaraq tədris olunmalıdır. Bu sahədə dərin araşdırmalar aparılmaqla yanaşı, ölkənin sosial xüsusiyyyətlərinin də təhlilini aparmaq olar. Lakin təəssüflər olsun ki, məsələn, hələ də İqtisad Universitetində heç bir Azərbaycan dilində kitab və araşdırma olmadan tikinti marketinqi tədris edilir, lakin öyrədilməli bir çox istiqamətlər diqqətdən kənarda qalır. Məsələn, dünyada yeni-yeni qurulmaqda olan bu istiqamətli ixtisaslardan biri də Kadir Has Universitetin daxilində yaradılan “Yeni Media” fakültəsi qardaş Türkiyənin ilk və tək “Yeni Media” fakültəsi olaraq internet və mobil dünya arasında bir körpü rolunu oynamaqdadır...”Sosial Media”nı kobud dildə “fərdlərin internet vasitəsilə özlərini formalaşdırdığı və hiss, düşüncə, məzmun paylaşmalarına imkan yaradan sosial torlar” kimi tərif edə bilərik. Ancaq bu yeni əlaqə mühiti sadəcə sosial medianı yox , e-ticarət, e-dövlət, e-iş, e-təhsil, e-sağlamlıq kimi daha bir çox sahəni əhatə etməkdədir. Bu səbəbdən, sosial mediaya özəlliklə web2.0 dövrünün məşhur bir məhsulu olaraq baxmaqda fayda var. Bu vaxt web3.0 məfhumunun əhatəsində görülən işlərdən yola çıxaraq, gələcəyin mediasını, bu sosial medianı bünövrə olaraq qəbul edib, ancaq ondan çox uzaqda və ekrandan çıxıb, 3 qabaritli hala gələcəyini, virtual dünyalar olacağını deyə bilərik. Digər tərəfdən, hardasa bütün idarəçilər sosial medianı bir şəkildə öyrənmək istəyir ancaq bu təhsili alacaq yer və mütəxəssis tapmaqda çətinlik çəkirlər. Kadir Has Universitetində isə qurum və qurumların bu təhsil ehtiyacına cavab verə bilmək məqsədi ilə universitet daxilində 2 vacib istiqamət proqramı hazırlanıb. İlki “Sosial Media”nı hərtərəfli izah edən “Sosial Media Akademiyası” sertifikat proqramıdır. Burada qırxa yaxın mütəxəssis, təhsil işçiləri, iki ay müddətində sosial medianı demək olarki tam əhatəli şəkildə tədris edir, digər proqramlar isə qurumlara idarə üçün “Qurumlar üçün Yeni Media” sertifikat proqramıdır. Bu proqramda qurumların və işçilərin yerli mediada necə yer almaqlarının və neçə istifadə edəcəklərini izah edilməkdədir. Bu mövzuda ətraflı məlumatı hppt://www.khas.edu.tr/egitim/rektorluge-bagli-birimler/yasam-boyuegitim-merkezi/yasam-boyuegitim-merkezihakkinda.html əldə etmək mümkündür. Ümidvarıq ki, yaxın zamanda bizdə də bu sahədə ilk addımlar atılacaqdır.
Məlumatın internet vasitəsilə geniş paylaşılması, müzakirə olunması və istifadəsi, artıq onda olan müqəddəsliyə də təsir etməyə başlayıb. Əvvəllər güc sahiblərinin nəzarətində sirr olaraq xarakterizə olunan şeylər belə bu gün ictimaiyyətə açıqdır...Wikileaks saytının amerikan əsgərlərinin Əfqanıstanda ya da İraqda etdiklərinə dair nəşr etdikləri CİA səənədləri artıq “müqəddəs məlumat” məfhumundan, müzakirə olunan və paylaşılan xəbər məfhumuna doğru getdiyini göstərir. “Yeni Media” tabu olaraq dərk edilən bəzi dəyərlərin də alt-üst olmasına yol açacaq... Hətta bir azdan insanların yatağından canlı görüntülər paylaşılsa, ona da təəccüb etməmək lazım olacaq. Sosial media istiqamət olaraq hara gedib çıxacaq bilmək çətindir, amma bu gedişatda mütləq şəkildə öz yerini tutmaq həm fərd, həm cəmiyyət olaraq çox vacibdir.