Tədbirin təşkilatçısı kimi “Caspian Investment Centre” çıxış etdi. Görüşün əsas məqsədi “Countdown” sisteminə daxil olmuş təşkilatlarla münasibətlərin möhkəmləndirilməsi və onlarla biznes klubunun yaradılması idi. Görüşdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, “Bakcell” Şirkətinin Baş direktoru Riçard Şirer, həmçinin “Countdown”la əməkdaşlıq edən tələbə təşkilatlarının və şirkətlərin nümayəndələri iştirak edirdilər.

“Caspian Investment Centre”in direktoru Fərid Orucov çıxışı zamanı qeyd etdi: ““Countdown” Endirim Sistemi sistemə üzv olan bütün şirkətlərə yeni layihə və ideyalar imkanı yaradır”. Layihənin rəhbəri Aysel Hüseynova qonaqlara “Countdown” sisteminin faydaları haqqında danışdı.

Tədbir proqramına həmçinin layihənin rəhbəri Şahin Qədimovun “Endirimlər nədir? Dünyada endirim sistemləri və onların iş mexanizmləri” mövzusunda təqdimatı, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin çıxışı və s. daxil idi.

Qeyd edək ki, dünyada ən nəhəng “Countdown” Beynəlxalq Diskont (Endirim) Sistemi 1970-ci ildən etibarən 34 ölkədə fəaliyyət göstərir və dünya üzrə 100 000-dən çox ticarət nöqtəsində il boyu 3-50% endirim təqdim edir. “Countdown”u restoranlar, klublar, mehmanxanalar, mağazalar, tibbi, əyləncə, avtomobil və digər xiddmətlər təklif edən müəssisələr qəbul edir.


“Countdown” sistemi kart sahiblərinə sərfəli və etibarlı alış-veriş, həmçinin tərəfdaşlarına əla reklam və biznes platforması təqdim edir.


Biznesinfo.az