Unibank KB ASC kapitalını növbəti dəfə artıracaq.


Facemark "Marja"ya istinadən xəbər verir ki, bu haqda Bankın səhmdarlarınınnövbədənkənar Ümumi Yığıncağının 22 sentyabrda keçiriləcək iclasında qərar qəbul ediləcək.


Kapitalın ümumilikdə 30 milyon manatadək artırılması nəzərdə tutulur. Qeyd edək ki, hazırda Unibankın nizamnamə kapitalı 125 milyon 686 min manatdır. Əlavə kapital qoyuluşu planı yekunlaşdıqdan sonra, Unibankın nizamnamə kapitalı 155 milyon manatı aşa bilər.


Unibankın idarə heyətinin sədri Faiq Hüseynov bildirib ki, bu haqda qərar Bankın səhmdarları tərəfindən verilib: “Bankın uğurlu inkişafını dəstəkləmək, müştərilərə yeni məhsul və xidmətləri təqdim etməsi üçün Səhdmdarlarımız əlavə kapital qoyuluşu və cəlb edilməsi haqda qərar veriblər. Bu, səhmdarların ölkəmizdə iqtisadi inkişafın sürətlənməsinə və “Unibank”ın bu inkişafa daha çox töhfə verəcəyinə inamının göstəricisidir”.