2021-ci ilin iyul ayında Azərbaycanın bank sektorunun iştirakçıları 42,6 mln. manat məbləğində xalis mənfəət əldə ediblər.
Facemark "APA-Economics"in hesablamalarına istinadən bildirir ki, bu göstərici iyun ayı ilə müqayisədə 2,2 dəfə azdır.
Bankların əməliyyat mənfəətinin əsasını xalis faiz gəlirləri təşkil edib. Belə ki, iyul ayında bankların xalis faiz gəlirləri 1,2% azalaraq 127,5 mln. manat təşkil edib, xalis qeyri-faiz zərəri isə 45,9% artaraq 55,3 mln. manat təşkil edib. Beləliklə, iyul ayında bank sektorunun əməliyyat mənfəəti 72,3 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 20,7% azdır.
Qeyd edək ki, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 20,5 mln. manat artırılaraq 94 mln. manata çatdırılıb, mənfəətdən vergilər isə 25,4% azalaraq 9,1 mln. manat təşkil edib.
*Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)