Bu gün Qarabağ Dirçəliş Fondu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi ilə görüş keçirəcək.


Facemark “Report”a xəbər verir ki, görüşdə Fondun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, İdarə Heyətinin sədri Rəhman Hacıyevin, ABA-nın prezidenti Zakir Nuriyevin iştirak edəcəkləri gözlənilir.


Tərəflər ölkədəki bankların Qarabağın inkişafına cəlb olunması, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edəcəklər.