Çinin texnologiya nəhəngi “Alibaba” şirkəti avtomobil startapa investisiya edib.


Facemark xarici mətbuata istinadən xəbər verir ki, şəhərdaxili sürücüsüz avtomobillərlə kommersiya daşımaları reallaşdırmaq üçün “DeepRoute.AI” startapı "Alibaba" şirkətindən 300 milyon ABŞ dolları investisiya alacaq.


Xatırladaq ki, ABŞ-da “General Motors”un “Cruise” və “Amazon”un “Zoox” startapları da kommersiya məqsədlərlə istifadə etmək üçün avtonom nəqliyyat vasitələrini, “Toyota”nın dəstəklədiyi “Pony.ai” sürücüsüz mikroavtobus markası isə "PonyTron"u inkişaf etdirir.