28 sentyabr tarixində Ukraynanın bir qrup media nümayəndəsinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri baş tutub. Onlar Ağdamdakı Axaxa imarəti, Çörək muzeyi, Dram teatrı, Cümə məscidi və Qiyaslı məscidini ziyarət ediblər.
Facemark rəsmi məlumata istinadən bildirir ki, Ermənilərin 30 illik işğal müddətində Ağdam şəhərinə vurduqları ziyan barədə ukraynalı jurnalistlərə səfər çərçivəsində məlumat verilib və ciddi faktlar göstərilib. Əcnəbi media nümayəndələri öz gözləri ilə burada törədilən dağıntıların şahidi olublar.
Daha sonra media üzvlərinə yaxın gələcəkdə şəhərdə aparılacaq yenidənqurma və bərpa işləri haqqında ümumi məlumat verilib.
Qeyd edək ki, Ağdam rayonu 2021-ci il 20 noyabr tarixində Azərbaycanın rəşadətli ordusunun sayəsində erməni işğalından azad olunub.